top
Qurban Qurbanov Quba Olimpiya İdman Kompleksinin meydanından narazılığını bildirib Report.az
14 fevral 2026, 16:59
- ↺ +

Qurban Qurbanov Quba Olimpiya İdman Kompleksinin meydanından narazılığını bildirib

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XX turunda "İmişli" ilə matçdan (1:0) sonra Quba Olimpiya İdman Kompleksinin stadionundan narazılığını bildirib.

"Report" xəbər verir ki, mütəxəssis bu matçdan sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsində, fevralın 18-də Bakıda keçirəcəkləri "Nyukasl"la görüşə hazırlaşmaqla bağlı çətinliklər yaşayacaqlarını deyib.

Mütəxəssis Qubadakı stadionun meydanının durumu barədə də danışıb:

"Meydan yox kimi idi. Anlamıram, belə meydanda futbol oynamağa necə icazə verilə bilər? Belə meydanda neçə oyun keçiriblər. Çox danışanda, irad bildirəndə bunu yaxşı qarşılamırlar. Amma bu meydanın durumundan xəbərdar olmaq üçün nə Qurban Qurbanovun, nə də başqa məşqçinin açıqlamasına ehtiyac var. Belə olmaz, futbolçular zədələnə bilər. Dərindən düşünsək hər şey üçün çıxış yolu tapmaq olar. "Nyukasl"la oyuna hazırlaşırıq. Amma nə temp, nə də normal meydan var. Futbolçuların zədə alacağından qorxursan. Belə vəziyyətdən sonra "Nyukasl"la oyuna necə hazırlaşmaq olar? 3-4 gün futbolçuları bərpa etmək lazımdır. Müzakirə olunmalı mövzudur. Düşünürəm ki, təkcə biz yox, burada oynayan bütün komandalar, futbolçular, məşqçilər də şikayət edir. Futboldan başqa hər şey vardı".

Baş məşqçi qapıçı Mateuş Koxalskinin meydana çıxmamasının səbəbini də deyib:

"Koxalski dünən məşqdə zədələndi. Zədəsinin vəziyyəti barədə Bakıya qayıdandan sonra sabah biləcəyik. Həmçinin Leandro Andradenin də zədəsi var idi. Meydan elə vəziyyətdədir ki, futbolçunun hansı şəkildə zədələndiyini bilmək olmur. Sanki hokkey meydanında oynayırıq. Futbolçular sürüşürdü, topu itirirdilər. Hakimlər də AFFA-ya bildirməlidirlər ki, belə meydanda oyun keçirmək olmaz. Görək sabah nələr olacaq".

"Futbolçularıma təşəkkür edirəm. Çox vacib qələbə əldə etdilər. Azarkeşlərimizə də təşəkkür edirəm ki, əziyyət çəkib stadiona gəlmişdilər. Qubalılara da təşəkkür edirəm ki, komandanı çox gözəl qarşıladılar, bizə azarkeşlik edirdilər. "İmişli" komandasına uğurlar arzulayıram" - deyə, o bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:45

Violetta Qəhrəmanzadə Rusiya Qadınlar Gənclər Liqasında tarixi ipək qol vurdular: 33 ildən sonra Andrey Tixonovun səkkiz qolluq rekordunu bir oyuna sığdırdı

Futbol
Bu gün, 15:40

Portuqaliya millisindən ayrıldığım üçün hələ də peşmanam

Digər
Bu gün, 15:38

Baku'da 2027 SportAccord Konvensiyası: 1700-dən çox nümayəndə bir araya gələcək

Futbol
Bu gün, 15:20

Beşiktaş PAOK-un kapitanı Andriya Jivkoviçi transfer etmək niyyətindədir

Futbol
Bu gün, 15:08

İnfantino: “Bakı U-15 Dünya Kubokunda gələcəyin futbol ulduzlarını gördüm”

Futbol
Bu gün, 15:00

Karlos Espi: Real Madrid-dən zəng gələndə "xeyr" demək imkanı yox idi

Voleybol
Bu gün, 14:53

Qadın Voleybolu: AZERRAIL vs Milli Aviasiya Akademiyası bu gün keçiriləcək

Futbol
Bu gün, 14:40

Zidan: Gələcəkdə “Yuventus”u çalışdırmaq istəyirəm

Futbol
Bu gün, 14:34

Millətlər Liqası: İtaliya - Fransa qarşılaşması, Keynin rekordu və C Liqasında yüksəlmə yarışları

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Oxşar xəbərlər