top
Qurban Qurbanov: Qarabağın Avropa uğurları və Azərbaycanlı Ser Aleks Ferqusson müqayisəsi Idman.biz
28 yanvar 2026, 13:33
- ↺ +

Qurban Qurbanov: "Qarabağ"ın Avropa uğurları və Azərbaycanlı Ser Aleks Ferqusson müqayisəsi

"Liverpul"la Çempionlar Liqasının son turunda qarşılaşacaq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun uzunmüddətli uğur hekayəsi Avropada diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, "The Guardian" nəşri "Qarabağ"ın baş məşqçisi barədə böyük bir məqalə dərc edib.

Məqalədə bildirilir ki, 2008-ci ildən etibarən "Qarabağ" klubuna rəhbərlik edən Qurbanov bu gün dünya futbolunda ən uzunömürlü və stabil nəticələr qazanan baş məşqçilərdən biri hesab olunur. Çempionlar Liqasının Liqa mərhələsinin son turunda "Liverpul"la qarşılaşacaq Ağdam təmsilçisi bu mövsüm indiyədək ən uğurlu Avropa çıxışlarından birini sərgiləyir və pley-off mərhələsinə yüksəlmək üçün real şansını qoruyur.

Qurbanovun rəhbərliyi altında "Qarabağ"ın Avropa turnirlərində 204-cü oyununa çıxacağını qeyd edən nəşr bu qarşılaşmaların 190-da məhz Qurban Qurbanovun komandanı meydana çıxardığını vurğulayıb: "2008-ci ildən əvvəl Azərbaycan futbolunun nisbətən təvazökar klubu sayılan "Qarabağ" onun gəlişindən sonra Avropada tanınan və rəqiblər tərəfindən ciddiyə alınan komandalardan birinə çevrilib".

"The Guardian" komandanın sabiq futbolçusu Maksim Medvedevin həmin dövrü necə xatırlaması ilə bağlı fikirlərinə də yer verib:

"O zaman yerli məşqçilərə çox az etimad göstərilirdi. Qurbanov gənc idi və ondan böyük gözləntilər yox idi. Amma qısa müddətdə onun nə qədər güclü mütəxəssis olduğunu anladıq. İlk mövsümdə Azərbaycan Kubokunu qazandıq, daha sonra Avropa Liqasının seçmə mərhələsində "Rosenborq"u məğlub etdik. Həmin andan hər şey dəyişdi".

Məqalədə daha sonra deyilir:

"Qarabağ" Qurban Qurbanovla ilk Azərbaycan çempionluğunu 2014-cü ildə qazandı. Bundan sonra klub ölkə futbolunda hegemonluğa çevrilərək son 11 mövsümün 10-da çempion titulunu əldə etdi. Paralel olaraq Avropa Liqasının qrup mərhələlərində mütəmadi iştirak edən komanda 2017-ci ildə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazandı.

Bu uğurlar Azərbaycan üçün təkcə idman baxımından deyil, həm də simvolik əhəmiyyət daşıyır. "Qarabağ" klubu tarixi olaraq Ağdamla bağlıdır. Uzun illər işğal altında qalan şəhər 2020-ci ildən sonra yenidən Azərbaycanın nəzarətinə qayıdıb və hazırda bərpa olunur.

Qurban Qurbanovun əsas prinsiplərindən biri bahalı ulduz transferlərindən imtina edib kollektiv güc yaratmaqdır.

"Biz heç vaxt top ulduzlar transfer etmədik. Qurbanov üçün bütün futbolçular bərabərdir. O, hər kəsdən eyni intizam və məsuliyyət tələb edir. Sərt məşqçidir, amma son dərəcə ədalətlidir. Həmişə futbolçularını qoruyur", - deyə Maksim Medvedev bildirir.

Komandanın oyun üslubu da bu fəlsəfənin nəticəsidir: topa nəzarət, təşəbbüsü əldən verməmək və istənilən rəqibə qarşı cəsarətli futbol. Bu yanaşma Avropada səs-küylü nəticələrə gətirib. "Qarabağ" son illərdə "Braqa", "Bayer", "Benfika", "Kopenhagen", "Çelsi" və "Ayntraxt" kimi klublara qarşı yadda qalan oyunlar keçirib.

"Azərbaycan futbol tarixində bir zamanlar əsas simvol kimi Tofiq Bəhramovun adı çəkilirdisə, bu gün bu statusu Qurban Qurbanov daşıyır. O, Azərbaycan futbolunun əfsanəsidir. Bizim öz Azərbaycanlı Ser Aleks Ferqussonumuzdur", - deyə Medvedev bildirir.

Məqalənin sonunda bildirilir ki, indi isə növbə Enfilddədir. Qurban Qurbanov və "Qarabağ" Avropa futbolunda növbəti tarixi səhifəni yazmaq üçün "Liverpul" qarşısında meydana çıxacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər