top
Qurban Qurbanov: “Pozitiv düşünərək, önə baxmalıyıq” Sport24.az
13 dekabr 2024, 02:42
- ↺ +

Qurban Qurbanov: “Pozitiv düşünərək, önə baxmalıyıq”

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında "Elfsborq"a uduzduqları oyundan sonra fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:

 

– Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Əfsuslar olsun, məğlub olduq. Qələbə üçün bura gəlmişdik. Futbolçularım sona kimi mübarizə apardılar. Futbol kiçik və kobud səhvlər üzərində qurulub. Ani diqqətsizlikdən qol buraxdıq. Hər bir halda, futbolçulara təşəkkür etmək istəyirəm. Bu il çox əziyyət çəkdilər. İrəli baxmalıyıq. Builki avrokubok oyunları yaxşı təcrübə oldu. Pozitiv düşünərək, önə baxmalıyıq. Rəqibi təbrik edirəm. İstəkli idilər və qalib gəldilər.

 

– Oyun planınız nə dərəcə alındı?

– Müdafiəni həmişə öndə qurmaq istəyirik. Bu gün də prinsiplərimizdən əl çəkmədik. Hücuma daha çox diqqət ayırırdıq. Qarşımızda 10 nəfərlə əla müdafiə olunan komanda var idi. 2-3 dəfə əks-hücumda bizi yaxaladılar. Bütün diqqətimiz hücumda idi.

 

– Komandanın növbəti mərhələ şansları demək olar, yoxdur. Turnirdəki çıxışınızı necə dəyərləndirirsiniz?

– Xeyli məğlubiyyətlərimiz olub. Hər məğlubiyyət uğursuzluqdur. Lakin indi bu haqda düşünmək lazım deyil. Pozitiv fikirləşib, irəli baxmalıyıq. Qruplarda oynamasaydıq, bizimçün uğursuzluq olardı. Bu gün futbol elə səviyyəyə gəlib ki, hər şeyə hazır olmalısan. Bəzən böyük klublarda da uğursuzluqlar olur. Bu, futbolun silinməyən qanunlarındandır. Futbolda elə qayda yoxdur ki, hər il yaxşı səviyyədə olmalısan. Lakin bununçün çalışır, hazırlaşırıq. Bəzən futbolçuların yorulmuş halları olur. Hər uğursuzluqdan sonra komanda digər bir neçə ilə daha möhkəmlənir. Bir şeyi bilin ki, ürəkdən uğur qazanmaq istəyirik. Sadəcə bəzən alınmır. Belə hallara hazır olmalıyıq.

 

– Komandada yorğunluq hiss olunurdu… Düşünmürsünüz ki, əvəzedicilərdə gecikdiniz?

– Hər il çalışırıq ki, komandaya yeni oyunçular cəlb edək. Bu gün müdafiədə oyunçu qalmamışdı. Hər iki mərkəz oyunçumuz zədələnib. Belə maçlarda müdafiə xətti önəmlidir. Axtarışdayıq və qış fasiləsində yenilik etmək istəyirik. Gedişata baxacağıq, alınsa, bir neçə oyunçunu kollektivə götürəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:00

Aftandil Hacıyev: Uşaq futbolunda səviyyə fərqini azaltmaq üçün çempionat yanaşması dəyişdirilməlidir

Futbol
Bu gün, 16:40

FIFA prezidenti İnfantino ev işçisi üçün ABŞ iş icazəsi üçün əlaqələrdən istifadə etdi

Gimnastika
Bu gün, 16:25

Lənkəranda bədii gimnastika üzrə Açıq region birinciliyi noyabrın 14-də keçiriləcək

Qarabağ FK
Bu gün, 16:20

Aftəndil Hacıyev: İldə yalnız 2-3 beynəlxalq matçla gənc futbolçuların inkişafı çətindir

Futbol
Bu gün, 16:20

Rayan Ait-Nuri qış transfer pəncərəsində Mançester Sitini tərk etmək niyyətindədir

Boks
Bu gün, 16:14

Qız boksçularına valideyn və qardaş kimi yanaşmalıyıq

Futbol
Bu gün, 16:02

Barselona futbolçusu Jül Kunde, Atletiko qarşılaşmasını da buraxacaq;

Qarabağ FK
Bu gün, 16:00

“Sabah”sız rəmzi komanda: “Qarabağ” və “Neftçi”də yalnız bir oyunçu

Futbol
Bu gün, 15:59

“Flamenqo” Alissona Braziliyada qayıdışı üçün maraq

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Oxşar xəbərlər