Açığı, istəməzdim oyun bitsin.
İdman.biz bildirir ki, bi sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının "Zirə" ilə 1:1 bitən oyunundan sonrakı mətbuat konfransında deyib.
"Yaxşı oyun oldu, meydanda gərgin mübarizə getdi. Açığı, istəməzdim oyun bitsin, temp daha 15-20 dəqiqə davam etsəydi maraqlı olardı. Təəssüf ki, futbol 90 dəqiqədən ibarətdir. Texniki səhvlərimiz var idi. Qarşıda da yaxşı hazırlaşmış rəqib var idi. Məğlub da ola bilərdik, qələbə də qazana bilərdik. Nəticədə bir xal əldə etdik. Rəşad Sadıqovu yaxşı oyuna görə təbrik edirəm və ona uğurlar arzulayıram. Öz oyunumuzdan tam razı qalmadım, amma futbolçuların əzmkarlığı xoşuma gəldi", - Qurbanov bildirib.
İdman.biz