top
Qurban Qurbanov Nyukaslla cavab oyunundan: Daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq Lent.az
23 fevral 2026, 15:01
- +

Qurban Qurbanov "Nyukasl"la cavab oyunundan: "Daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq"

"Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə "Nyukasl"la qarşılaşacaq.

Apasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:

"Cavab oyununa gedirik. Əlbəttə ki, qarşılaşma haqda danışmaq asan deyil. İlk matçdakı nəticəyə görə belədir. Hər halda, üzərimizə düşən vəzifədir, oyun haqda fikirlərimizi bölüşməliyik. Bir neçə gün vaxtımız oldu ki, oyunu təhlil edək. Deyiləcək çox fikir yoxdur. Bəli, rəqib bizi üstələdi. Cavab oyununda daha diqqətli, daha mübariz, daha məsuliyyətli olmalıyıq. Çünki gedəcəyimiz yol uzundur, rəqib doğma meydanda oynayır. Ümumən pis hazırlaşmadıq. Psixoloji zərbə alsaq da, ümumi hazırlığımız pis deyil. Çalışacağıq ki, cavab oyununda özümüzü yaxşı tərəfdən göstərək".

- İlk matçın ikinci hissəsində daha yaxşı oynadız. Beşli müdafiəyə keçdikdən sonra belə oldu. Bu sistemi "Nyukas"la səfər matçında və ya qarşıdakı matçlarda yenə də görə bilərik?

- Hazırda gələcəkdə bu sistemlə oynamaqla bağlı fikrim yoxdur. Etdiyimizi daha da yaxşılaşdırmaq istəyirik. Sadəcə bu matçda rəqib çox hazırlıqlı idi, bəlkə də ən hazırlıqlı oyunlarından biri idi. Bir neçə tur əvvəl düşünə bilərdik ki, idman performansında geriləmə var, amma onlar çox yaxşı forma yığmışdılar. Onların düşündükləri hər şey alındı. Biz isə ilk dəqiqələrdə qollar buraxdıq, komanda nokauta düşdü, birinci hissədə özümüzə gələ bilmədik. Fasilədə paltardəyişmə otağında danışdıq, bəlkə daha sərbəst və daha diqqətli oldular. Belə sistemə nadir hallarda əl atmışam. Hansısa oyunlarda bu mümkündür. Biz bir addım irəli getdikcə, rəqiblərin ciddiliyi, səviyyəsi daha da böyüyür. Hansısa oyunlarda ola bilər, amma gələcəkdə belə sistemdə oynayacağıq deyə, fikrim yoxdur. Amma ümumən 5-4-1 sistemi məni cəlb edən sistemlərdən biridir.

- Açıq məşq və mətbuat konfransı Bakıda oldu. Hazırlıq planının bu cür olması nə ilə bağlıdır?

- Belə hallar bizdə olub. Bərpa üçün daha çox vaxt lazım idi, buradakı hazırlıq mənim üçün daha önəmli idi. İki gün əvvəl getsəydik, məqş planımız daha çox pozulurdu. 7 saat havada olacaqdıq, 11-12 saat yolda olacaqdıq, əlavə yüklənmə olardı. Düşündük ki, ən azından hazırlığımız normal olsun. Ona görə belə proqram tutduq. Sabah səhər Nyukaslda məşqimiz olacaq. Oyunda daha aktiv olmaq üçün bu addımı atdıq.

- Bəhlul Mustafazadə zədəlidir, Sami Mmae oynamadı. İndiki məqamda Sami niyə ümidləri doğrultmadı? Qarşıdakı üç ayda mərkəz müdafiəsi məsələsi sizi nə dərəcədə qayğılandırır?

- Ola bilər ki, düşündüyümüzü ala bilmədik. Amma hər bir halda, başqa variantlar axtarmışıq, onlar üzərində dayanaycağıq. Hazır olanları meydanda görə biləcəyik.

- Sami Mmaenin əvəzedici heyətə göndərilməsinin səbəbi nədir?

- İdman və intizam qaydalarını pozmuşdu, ona görə əvəzedici heyətə göndərdik. Bəzi detalları açıqlamağa ehtiyac yoxdur. Futbol karyeramızda, təcrübəmizdə belə olub.

- Toral Bayramovun "Nyukasl"la Bakıdakı matçda gülməsi çox müzakirə edildi. Tədbir görüldü onunla bağlı?

- Ola bilər ki, o epizoda kimi hansısa söhbət aparırdılar, gülməli vəziyyət yaranmışdı. Bəli, fikirlərimi bildirdim. Hansısa xırdalıqlara getməyə ehtiyac yoxdur. Kimə hansı qayadada iradlarımızı bildirmək lazımdırsa, yaxşı səviyyədə bildirilib.

- "Neftçi" ilə matç "Nyukasl"la oyunun fonunda yenidən gündəmə gəlib...

- İndi müzakirə olunası məsələ deyil. Bizim rəhbərlik adından "Neftçi"yə təşəkkür edildi. İkinci xahişimizdən sonra qərar verildi. "Nefçti"yə bir daha təşəkkür edirəm. Bizim qrafikimiz çox sıx idi. İstəyirdik ki, "Nyukasl"la oyuna yaxşı hazırlaşaq. Əsasən də, iki oyun arasında cəmi 2 gün vaxtımız var. Səfərdəki görüşü, yolu düşünərək bu addımı atdıq ki, futbolçular hamısı hazır olsunlar. Bizi başa düşmək lazımdır. Tək "Qarabağ" yox, başqası olsun, illərcə baş verib. Bu gün də bunun tərəfdarıyıq. Bizim hazırkı hazırlığımız onlarla yan-yana qoyulası deyil. "Nyukasl" illərdir bu rejimdə oynayır, uyğunlaşıb. Çox xırdalığa getsək, çox danışmaq olar. Müqayisəolunmazdır. İlin əvvəlindən deyirlər ki, pley-off matçlarında qarşı tərəf razı olarsa, oyun təxirə salınacaq. "Neftçi" yox desəydi, yenə işimizi görəcəkdik, sağ ol deyəcəkdik. O qədər problemlərimiz var ki, bu, müzakirə olunası problem deyil. Biz bir-birimizə meydanda rəqibik. Amma "Neftçi" rəhbərliyi və ya digərləri ilə münasibət yaxşıdır, bir-birimizi daha tez və yaxşı anlamışıq. Çox da müzakirə olunası mövzu deyil. Təşəkkür edirəm ki, "Neftçi" buna razılıq verdi.

- Ayxan Abbasov mətbuat konfransında bildirdi ki, Qubadakı qapıların birinin ölçüsü digərindən 11 sm yüksəkdir. Bu haqda nə deyəcəksiz?

- Ayxan maraqlı açıqlama verib. Mən meydançanı demişdim, Ayxan qapıları deyib(gülür). "No comment", fikir bildirməyəcəm.

- Zədədən sonra Bəhlulun psixoloji durumu necədir?

- Yaxşı deyil, çox üzgündür. Tək Bəhlul yox, hamımız üzgünük. Amma zədə qaçılmazdır. O, yaxşı mövsüm keçirib, gözlənilən idi ki, hansısa məqamda futbolçu yorulur. Belə hallar olur.

- Növbəti mövsüm bu uğuru təkrarlamaq üçün hansı mövqelərə transferlər lazımdır? Çatışmazlıqlar hansı mövqelərdir?

- Hər mövqeyə baxış keçiririk. Transfer etmək istəyirik. Həm komandada oyunçunu sayını artırmaq, həm də keyfiyyəti yaxşılaşdırmaq istəyirik.Ən azından əldə etdiyimizi saxlamaq istəyiriksə, Premyer Liqada liderlər sırasında olmalıyıq.

- Düşünmək olar ki, "Nyukasl"ı keçmək real görünmədiyi üçün dərinlikdə daha çox "Sabah"la oyunu düşünürsüz?

- İnanın ki, fikrimdə "Nyukasl"la görüşdür. "Sabah"la oyun barədə düşünmürük. Böyük turnirdir. Reallığa baxsaq, oradakı matçda yaxşı nəticə əldə etməyimiz real görünmür. Amma biz bu turnirdən həzz almalıyıq, futbolçular bu turnirdə böyüyürlər, böyük məğlubiyyətlər həmişə idmançını möhkəm edir. Bu cür böyük komandalara qarşı, belə tribunlarda oynamaq özü ayrıca məsuliyyətdir. Bu gün var İgitlərə Premyer Liqası və Avropa futbolu. Bu liqa digələrindən fərqlənir. İngiltərə klubları digərlərindən bir baş yuxarıdır. Onların hazırda futbola yönəldiyi məbləğlər, infrasturktur digərlərini üstələyir. Buna görə hara getdiyimizi bilirik. Burada uduzsaq da, futbolçularımdan cəsarət istəmişəm. Biz mütləq cəsarətli olmalıyıq. Bugünkü uğura məğlub ola-ola, yıxıla-yıxıla gəlmişik, çəkinməmişik, qorxmamışıq. Bu da bəzən uğurlar əldə etməyə şərait yaradır. İndi fikrimiz "Nyukasl"la səfər görüşündədir. Oyunun gedişatına görə addımlar atacağıq. Bakıya döndükdən sonra çempionatı düşünmək üçün vaxtımız olacaq.

- "Qarabağ" bu mövsüm çox uğurlu çıxış etdi və tələblər artacaq. Bu haqda fikriniz necədir?

- Tamamilə doğrudur. Əgər bir insan, kollektiv müəyyən səviyyəyə qalxıbsa, ən asanıdır. Orada qalmaq çətindir. Məsuliyyətimiz, tələblər artır, gözləntilər çoxalır. Bu oyunlarda hiss edirik. Yaxşı qələbələrimiz oldu. Nəticələr baxsaq, 10 xal əldə etdik. ÇL kimi böyük turnirdə 10 xal əldə etmək, böyük uğurdur. Hansısa oyunda uduzurduq, həmən neqativ fikirlər dolaşırdı. Biz gözləntiləri hiss edirdik. Qaçılmazdır. Buna görə futbol çox sevilir, dünyada yəqin ki, 1 nömrəli müzakirə mövzusudu futboldur.Dayanamaq olmaz. Həmişə önə pozitiv baxmalıyıq ki, minimum əldə etdiyimizi qoruyub-saxlayaq.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" görüşü fevralın 25-də, saat 00:00-da start götürəcək.

Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 13:52

Bakıdakı UFC Turnirində Pulyayev-Ruziboyev Döyüşü Təsdiqləndi

Futbol
Bu gün, 13:42

"Borussiya" Ceydon Sançonu daimi transfer etmək üçün danışıqlara başlayıb

Futbol
Bu gün, 13:40

"Araz-Naxçıvan"ın iki legioneri milli komandalara dəvət alıb

Boks
Bu gün, 13:38

Bakıda kişi boksçularının beynəlxalq təlim-məşq toplanışı "Böyük İpək Yolu" turnirinə hazırlıq məqsədi daşıyır

Gimnastika
Bu gün, 13:37

Selcan Mahsudova Avropa Çempionatında Medalı Hədəfləyir

Futbol
Bu gün, 13:22

Vinisius Junior UEFA Çempionlar Liqasında Luis Suares və Ueyn Runini geridə qoydu

Futbol
Bu gün, 13:20

Filip Paviç "Bavariya"nın Çempionlar Liqasında debüt edən ən gənc oyunçusu oldu

Güləş
Bu gün, 13:18

Kamran Əliyevdən müsahibə: U-23 Avropa çempionatı, hakimliyin səviyyəsi və Azərbaycan güləşçiləri haqqında

Futbol
Bu gün, 13:07

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursları başladı - FOTO

Futbol
Bu gün, 13:00

"Baku Sportinq"in baş məşqçisi: "Bu matçda 2 xal itirdik"

Boks
Bu gün, 12:57

Bakı UFC Fight Night: Ələsgərov-Ferreyra döyüşü təsdiqləndi, Maqomedov-Pereyra ehtimalı müzakirə olunur

Olimpiada
Bu gün, 12:52

Bir sıra idman federasiyalarında Novruzdan sonra prezident seçkiləri keçiriləcək

Futbol
Bu gün, 12:48

"Santos" Xuan Pablo Voyvodanı baş məşqçi vəzifəsindən azad edib

Futbol
Bu gün, 12:47

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kurslarına start verildi

Futbol
Bu gün, 12:40

Sandro Tonali zədə səbəbindən İtaliya millisindən kənar qaldı

Futbol
Bu gün, 12:38

Messinin 900-cü qolu "İnter Mayami"ni Çempionlar Kubokundan kənarlaşmaqdan qurtarmadı

Gimnastika
Bu gün, 12:37

Bədii Gimnastika üzrə Açıq Region Birinciliyi Abşeronda keçirilir

Digər
Bu gün, 12:22

Azərbaycan Badminton Federasiyası qadın və yeniyetmə məhkumlar arasında badminton yarışı keçirib

Futbol
Bu gün, 12:20

"Santos" baş məşqçi Xuan Pablo Voyvoda ilə yollarını ayırdı

Gimnastika
Bu gün, 12:20

Selcan Mahsudova Avropa Çempionatında Medala İddialıdır

Güləş
Bu gün, 12:07

Elmin Əliyev: Qələbə, Lənkəran və gələcək planlar haqqında

Futbol
Bu gün, 12:04

Harri Keyn Çempionlar Liqasında 50 qol vuran ilk ingilis futbolçu kimi tarixə düşüb

Futbol
Bu gün, 12:00

"Sumqayıt" "Sabah"la matça itki ilə çıxır: Mumini cəzalıdır

Olimpiada
Bu gün, 11:52

Azərbaycan Barselonada paraüzgüçülük üzrə Dünya Seriyasında üç idmançı ilə təmsil olunacaq

Oxşar xəbərlər