Cavab oyunu haqqında danışmaq asan deyil.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl"la (İngiltərə) cavab matçından öncə mətbuat konfransında deyib.
O, İngiltərədə ba tutacaq görüşə hazırlığı dəyərləndirib:
"Cavab qarşılaşması haqqında danışmaq çətindir. Təhlil apardıq. Səfərdə daha diqqətli, məsuliyyətli olmalıyıq".
Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" görüşü fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.