top
Qurban Qurbanov: Məşqçi həm lider, həm də menecer olmalıdır - VİDEO Idman.biz
02 mart 2026, 12:20
- ↺ +

Qurban Qurbanov: Məşqçi həm lider, həm də menecer olmalıdır - VİDEO

"Məşqçi olmaq asan iş deyil. Əgər bu gün öz peşəmə sevgi və hörmət göstərmirəmsə, heç vaxt uğurlu məşqçi ola bilmərəm".

İdman.Biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun "Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer" adlı birinci panel iclasında çıxışı zamanı deyib.

Mütəxəssis vurğulayıb ki, məşqçi eyni zamanda həm lider, həm də menecer olmalıdır:

"Fikrimcə, məşqçi hər zaman lider rolunda olmalıdır. Xüsusilə futbolda bu xüsusiyyət daha da önəmlidir. Cavabdehlik bizə aiddir və son qərar həmişə baş məşqçiyə məxsusdur. Futbolda belə bir prinsip var: əgər komanda qalib gəlirsə, futbolçular qalib gəlir, əgər məğlub olursa, məğlub olan baş məşqçidir. Mən bu yanaşmanı hər zaman doğru saymışam. Məşqçi idmançıların yanında olmalıdır, çünki biz tələb edirik, onlar isə icra edir. Futbolçulara hər zaman maksimum dəstək göstərilməlidir. Mən hesab edirəm ki, 60 yaşım keçsə belə, özümü inkişaf etdirməyə davam etməliyəm. Məşqçi həm idmançılara nəzarət etməli, həm də fiziki olaraq məşq etməlidir".

Q.Qurbanov, futbolda mövcud problemlərə də toxunub:

"Yaxınlarda Türkiyənin Antalya şəhərinə səfər etdik və oradakı şəraitlə tanış olduq. Futbolda ən vacib amil ötürmələrdir. Əgər məşqlər keyfiyyətsiz meydançada keçirilirsə və hər futbolçunun təxminən 50 ötürmə etməsi tələb olunursa, bu, çox çətin olur. Belə şərait idmançının performansına mənfi təsir göstərir və onların motivasiyasını zəiflədir. Bu baxımdan, Avropa futbolundan geri qalırıq. Bu mövzuda fikirlərimi həmişə açıq şəkildə bildirirəm. İdmançı şərait olmadıqda inkişaf edə bilmir".

O, Azərbaycanda istedadlı gənclərin yetərincə olduğunu da qeyd edib:

"Ümid edirəm ki, ölkəmizdə yalnız idmanda deyil, bütün sahələrdə ən yüksək səviyyəli mütəxəssislər yetişəcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Oxşar xəbərlər