top
Qurban Qurbanov: Məğlubiyyətlə barışmalıyıq, ruhdan düşmürük Sport24.az
19 fevral 2026, 00:31
- ↺ +

Qurban Qurbanov: Məğlubiyyətlə barışmalıyıq, ruhdan düşmürük

Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Nyukasl" oyunundan (1:6) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Əfsuslar olsun, belə məğlubiyyət oldu. İstəməzdik. Böyük futboldur, istənilən oyunda belə nəticələr ola bilər. Çempionlar Liqası başqa səviyyədir. Bəzən belə məğlubiyyətlər qaçılmaz olur. İlk dəqiqələrdən futbolçular böyük zərbə aldı. İlk qol, ikinci qol, penalti… Boks dilində desək, nokauta düşdük. Futbolçular özlərini ələ ala bilmədi. Rəqibin gücü də burda önəmlidir. "Nyukasl" sürətli futbol oynayan komandalardandır. Fiziki, texniki, taktiki hazırlıqları yüksək səviyyədədir. Azarkeşlərə təşəkkür etmək istəyirəm. Böyük hesabla məğlub olmağımıza baxmayaraq, sona kimi dəstək oldular. Bu, birliyimizi göstərir. Amma bu gün burda, bundan əvvəl Liverpulda böyük futbolun nə olduğunu gördük. Ruhdan düşmürük. İrəli pozitiv baxmalıyıq. Hər bir halda, futbolçular böyük yol gəldi, əziyyət çəkdilər. Azından fevrala kimi Çempionlar Liqasını hiss etdik. İnanıram ki, futbol Azərbaycanda bu il daha da populyarlaşdı. Dünya futbolumuzu daha yaxından tanıdı. İstəməzdik belə uduzaq, lakin bu məğlubiyyətlə barışmalıyıq.

 

– Belə hesabdan sonra futbolçulara nə dediniz? 


– Futbolçuları sakitləşdirdik, dedik soyuqqanlı olsunlar. Oyundan qopmalı deyildik. Belə məğlubiyyətlərdən sonra futbolçuları sakit olmağa çağırıram. Rəqibin gücünü bilirdik. Çalışırıq ki, onlara qarşı sona qədər mübarizə aparaq. Bəzən bu cür rəqiblər daha aqressiv, aktiv olurlar. Futbolçuların qərar verməsində gecikmələr olurdu.

 

– Bədavinin ikinci hissədə meydana daxil olması nəylə bağlıdır?


– Müdafiəni gücləndirmək üçün. O da özünü yaxşı göstərdi.

 

– Çempionatda "Sabah"la oyun var. Bu baxımdan, cavab matçında rotasiyalar olacaq?


– Xeyr, hələ cavab oyunu var. İngiltərədə cavab oyunu var. Onlar səhvləri bağışlamır, çox qol vurmaq istəyirlər. Ciddi rotasiyalar haqda düşünmürük.

 

– Bəhlulun zədəsi nə yerdədir?


– Sabah dəqiq məlumat olacaq. Əzələsini dartıb.

 

– İstənilən komandanın bir dönəm başının üzərini qara buludlar alır. İndi isə sanki sizdə bu dönəmdir. Futbolçuların bu gün bu durumda olması pley-off eyforiyası idi, ya fiziki yorğunluq?


– Fikirlərim özümüzü siğortalamaq üçün deyil. Qəbul etməliyik ki, oyundan-oyuna səviyyə daha qalxır, rəqiblər ciddiləşir. Daha məsuliyyətli komandalar olur. Böyük klublarla oyunlarda belə hesabları gözə almalıyıq. Futbolumuzun inkişafı üçün risklərə getməliyik. Özümüzü böyük məğlubiyyətlərə qurban verməyə hazır olmalıyıq. Bunu istəmiriksə, gərək 2-3 tur sonra məğlub olaq, deyək, böyük klublarla oynamırıq. Əvvəl bəlkə, 0:3-dən sonra azarkeşlərimiz stadionu tərk edirdi, amma bu gün fasiləyə 0:5 geridə olsaq da, bizi dəstəkləməyə başladılar. Onlar da artıq səviyyəni qəbul edib. Hamımız üçün böyük təcrübə oldu.

 

– "Liverpul"la oyundan sonra demişdiniz ki, bir də bu rəqibə qarşı oynasaq, fərqli olar. Amma bu gün də "Nyukasl"la matçda güclü pressinq qarşısında nəsə edə bilmədiniz
– Belə oyunlarda birdən-birə gedişatda nəsə dəyişiklik etməyə vaxtımız yox idi. Bu günə qədər etməmişdiksə, çətin olardı. Gərək 2-3 məşq bunun üzərində çalışaq. Vaxtımız yox idi. Həmişə çalışırıq ki, edə bildiklərimizi daha yaxşılaşdıraq. Bu gün rəqibin hər hücumu keyfiyyətli idi. İkinci hissədə fərqli oynadıq, amma qarşımızdakı komandaya görə oyunçularımızda həyəcan var idi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Oxşar xəbərlər