"Bu komandanın oyun tərzi fərqlidir və böyük təcrübəyə malikdir".
İdman.biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa yolunda "Malmö" (İsveç) ilə oyun öncəsi mətbuat konfransında deyib.
O bildirib ki, sabah olduqca vacib oyuna çıxacaqlar: "Öz meydançamızda, öz azarkeşlərimizin önündə oynayacağıq. Hazırlığımız pis keçmir. Maksimum yaxşı nəticə əldə etməyə çalışacağıq".
Aytac Sahəd
İdman.biz