top
Qurban Qurbanov Kopenhagen oyunu və Atletiklə qarşılaşma barədə danışdı - VİDEO Idman.biz
01 oktyabr 2025, 23:13
- ↺ +

Qurban Qurbanov "Kopenhagen" oyunu və "Atletik"lə qarşılaşma barədə danışdı - VİDEO

"İlk öncə azarkeşlərimizi təbrik etmək istəyirəm. Həqiqətən möhtəşəm idilər. Qalibiyyətə layiq idilər".

İdman.biz bildirir ki, bu sözləri "Qarabağ" FK-nin Baş məşqçisi Qurban Qurbanov "Kopenhagen"lə oyundan sonra CBC Sport-a açıqlamasında bildirib.

"Futbolçularıma təşəkkür edirəm. Baxmayaraq ki, ikinci hissədə bir az anlaşılmazlıq oldu, rəqib sistemi bir az dəyişdi, oyunun 15-20 dəqiqəsində vəziyyəti tam ələ ala bilmədilər. Amma getdikcə istənilən zonada rəqibi qarşılaya bildilər. Bir neçə yaxşı əks-hücum epizodumuz oldu, amma bir az dəqiqliyimiz çatmadı. Bu oyunlar belədir: burada yalnız final fitindən sonra bilirsən ki, qalib gəlirsən. Bura Çempionlar Liqasıdır, istənilən nəticə ola bilır. Çox gözəl, çox möhtəşəm, hamını təbrik edirəm" – Qurbanov deyib.

O əlavə edib ki, əslində Liqanın startında belə nəticəni gözləməyib: "Belə nəticəni, yəni iki oyundan iki qələbəni, tam olaraq gözləmirdim. Amma futbolçularıma inanırdım. Sadəcə turnirin ad-sanından ehtiyat edirdim ki, oyunçular öz bacarıqlarını göstərə bilməyəcəklər. Amma hər biri elə ilk oyundan turnirə uyğunlaşdılar".

Məşqçi "Atletik"lə keçirəcəkləri növbəti oyun barədə də danışıb.

Hələ "Atletik Bilbao"nun oyunlarına tam baxmamışıq, qarşıdakı oyunlara daha düzgün hazırlaşmaq lazımdır. Bizə qarşı indi rəqiblər 100% məsuliyyətli olacaqlar, bəlkə də daha artıq. Amma intizamlı oyun göstərərək bu turnirin dadını çıxarmağa çalışacağıq", - Qurbanov deyib.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" – "Kopenhagen" oyunu Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə nəticələnib. Ağdamlıların "Atletik"lə növbəti oyunu oktyabrın 22-də rəqibin meydançasında olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər