top
Qurban Qurbanov Karvan matçı və transferlər barədə danışdı Sport24.az
31 avqust 2025, 19:40
- ↺ +

Qurban Qurbanov "Karvan" matçı və transferlər barədə danışdı

"Futbolçularımı təbrik edirəm. Asan qələbə deyildi. Belə şəraitdə, belə meydançada futbolçuları motivasiya etmək asan deyil. Lakin yenə də bacardılar. Bizim üçün vacib oyun idi. Futbolçularıma təşəkkür edirəm. Xeyli azarkeşimiz var idi. Onlara da minnətdaram. Azər Haşımova uğurlar arzulayıram. Premyer Liqada yeni kollektivlə iştirak edirlər. Əvvəlki oyunları da çox yaxşı səviyyədə keçirmişdilər. Bu gün də, çox yaxşı oyun qurmuşdu, qapımız qarşısında xeyli sayda təhlükəli epizod da yaratdılar. Get-gedə də daha da yaxşı kollektiv və daha yaxşı nəticələri olacaq".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 3-cü turunun "Karvan-Yevlax"la(0:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

 

- "Benfika" ilə oyuna hazırlaşan "Qarabağ" üçün "Karvan-Yevlax"la matça köklənmək çətin deyilki?

- Düzü, hələ o oyuna hazırlaşmaq barədə düşünmürdük. Sadəcə "Karvan-Yevlax"la matçı fikirləşirdik. Avrokubok matçından, o atmosferdən çıxıb, bu gün belə şəraitdə oynamaq var idi. Ona görə dedim ki, "Ferentsvaroş"la matçdan sonra futbolçuları bu oyuna motivasiya etmək asan deyildi. Amma illərdir ki, belə hallar olur. Çox istəyərdik ki, daha yaxşı meydançada, daha çox azarkeş olsun. Bu iki amil futbolçular üçün çox önəmlidir. İstirahətdən sonra "Benfika" ilə oyuna hazırlaşacağıq.

 

- Kamilo Duran debüt etdi, amma Dani Montiel hələ ki görməmişik. Onun durumu necədir?

- Burada elə bir ciddi problem yoxdur. Sadəcə hazır deyil. Altı aydan çoxdur ki, komanda ilə məşq etməmişdi, fərdi hazırlaşmışdı. Hələ idman formasından uzaqdır. Düzdür, kollektivlə məşqlərə qoşulub. Amma hələ bu cür oyunları oynayacaq gücdə deyil. Daha da çox vaxt lazım olacaq. Çempionata verilən fasilədə inanıram ki, özünə yavaş-yavaş gələcək. Qarşıdakı matçlarda ilk dəqiqələrdən yox, sonradan oyuna çıxmaq şansı olacaq.

 

- Son günlərdə "Neftçi"nin "Qarabağ"ı ÇL-in əsas mərhələsinə düşməsi münasibəti ilə təbrik etməməsi müzakirə edilir. Sizə görə, "Neftçi" tərəfinin "Qarabağ"ı təbrik etməməsi düzgündür?

- Samir həmişə telefonla təbrik edir. Elçin müəllimlə həmişə əlaqə saxlayır. Demək olar ki, bütün matçlardan sonra zəngləşib, təbriklərini çatdırır. Düzünü desəm, bu məsələyə ciddi də yanaşmamışdım. Amma hər klubun da öz yanaşması var. Bu gün buna görə "Neftçi"dən incidim deyə, bir şey yoxdur. Hərənin yanaşması, hər bir klubun idarə edilməsi fərqlidir. "Neftçi" hamımızın "Neftçi"sidir, Samir bizim dostumuzdur, rəhbərlikdəkilər də dostlarımızdır. Çox yaxşı münasibətlərimiz var. Rəhbərlikdən də oyundan sonra şəxsən mənimlə əlaqə saxlayanlar çox olub, təbrik ediblər. Rəsmi, yazılı formada olmayıb, bunu ciddiyə də almıram.

 

- Samba Sumano və Juninyonun "Qarabağ"a keçidi məsələsi nə dərəcədə doğrudur?

- Bəli, danışıqlar gedir. Biz tərəfimizdən ciddi təklif də olub. Ola bilər ki, biz Çempionlar Liqasının əsas mərhələsinə düşdük deyə, qarşı tərəf ola bilər ki, daha çox yuxarıdan getməyə başladı. Biz də danışıqlar aparırıq. Vaxtımız azdır. Hər bir halda, son dəqiqəyə qədər danışıqlar gedəcək. Birdən-birə danışıq çox çətinləşməyə başladı.

 

- Çempionlar Liqasının təqvimindən razısız?

- Normaldır. Əsas mərhələdir də. Bir deyim var, keçəl Həsən, Həsən keçəl, ikisi də eynidir.

 

- Legioner limitinin ləğvi Azərbaycan futboluna nə verdi, nə aldı?

- Fikir bildirmək tezdir. Çempionatın gedişatında baxacağıq. Komandalar da keçən mövsümə nisbətən bəlkə daha da ciddiləşib, daha da fərqli olub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Oxşar xəbərlər