top
Qurban Qurbanov: İngiltərə klublarına qarşı Çempionlar Liqası matçları böyük təcrübə oldu Report.az
25 fevral 2026, 02:46
- +

Qurban Qurbanov: İngiltərə klublarına qarşı Çempionlar Liqası matçları böyük təcrübə oldu

İngiltərə klublarına qarşı çıxış etmək "Qarabağ" klubuna böyük təcrübə qazandırıb.

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib:

"Əvvəlcə futbolçularıma təşəkkür etmək istəyirəm. Onlar Çempionlar Liqasında maraqlı futbol mövsümü keçirdilər. Cari mövsüm Çempionlar Liqasında İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu. Oyunçularımın hər birindən çox razıyam. "Nyukasl"la cavab matçında da özlərini çox yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən qarşılaşmaya kökləmək asan deyildi. Matçın əvvəlində buraxılan 2 qoldan sonra oyunçular özlərini ələ ala bildilər".

Qurban Qurbanov İngiltərə klubunun azarkeşlərinə minnətdarlığını bildirib:

"Onlar bu oyuna öz klublarını dəsdəkləməyə gəlmişdilər. Bununla belə, ara-sıra bizim qurduğumuz yaxşı hücumlara da əl çalırdılar. "Nyukasl" komandasına qarşıdakı matçlarda uğurlar arzu edirəm. Və öz azarkeşlərimizə də təşəkkürlərimi çatdırıram. Tərəfdarlarımız həm səfər, həm də ev oyunlarında bizi yalnız qoymadılar".

Qeyd edək ki, "Nyukasl" - "Qarabağ" matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəldiyindən, "köhlən atlar" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 10:33

Misirli voleybolçu Abouelsoud Elsayed Emam “Murov Az Terminal”a transfer olundu

Basketbol
Bu gün, 10:12

Neftçi basketbol komandası FIBA Avropa Kubokunun təsnifat mərhələsində Estoniyanın “Parnu” komandasına qarşı çıxacaq

Digər
Bu gün, 06:27

Usman Nurməhəmmədov qardaşının nokautlu məğlubiyyətini və gələcək planlarını açıqladı

Futbol
Bu gün, 05:13

‘Juventus’ azarkeşlərinin sükuta riayət etməməsi üçün cərimələndi

Güləş
Dünən, 23:25

AGF‑nin təşkil etdiyi milli komandalar üçün Şamaxıda iki günlük təlim proqramı

Futbol
Dünən, 23:07

“Barselona”nın yeni futbolçusu Karim Adeyemi’nin sürət sirri: Fufu yeməyi

Cüdo
Dünən, 22:11

Veteran cüdoçularımız dünya çempionatında iki yeni qızıl medal qazandı

Basketbol
Dünən, 21:57

Sumqayıt basketbol klubu Kamran İmanovla yeni illik müqavilə imzaladı

Futbol
Dünən, 20:58

Fənərbaxçanın yarımmüdafiəçisi Dorqeles Nene klubdan ayrılmaq istəyir

Futbol
Dünən, 20:28

Beşiktaş hücumçusu Duşan Vlahoviç milli komandada zədələndi

Futbol
Dünən, 19:44

Rəhman Daşdəmirov: “Millətlər Liqası hazırlıq matçında qalib gəlmək üçün tam hazırıq”

Futbol
Dünən, 19:38

Ayxan Abbasov: Tacikistanla test oyununda qələbə qazanmaq niyyətindəyik

Digər
Dünən, 18:13

Anna Yusupova: Dünya çempionatındakı yarımarafon təcrübəsi və nəticəsi

Futbol
Dünən, 17:53

Kəpəz futbolçusu Əli Səmədovun zədəsi və təxmini sağalma müddəti açıqlanıb

Qarabağ FK
Dünən, 17:40

Azərbaycan qadın milli futbol komandası Qarabağ Universitetində gənc tələbələrlə görüşdü

Futbol
Dünən, 15:16

Rəhim Həsənov Qəbələ‑Neftçi matçında hakimın səhvini etiraf etdi

Futbol
Dünən, 14:49

“Sabah”ın Çempionlar Liqası ev oyunları üçün bilet satış modeli haqqında klub açıqlaması

Basketbol
Dünən, 14:10

“Sumqayıt” basketbol klubunun yeni məşqçi heyəti açıqlanıb

Qarabağ FK
Dünən, 11:39

Mateuş Koxalski, Azərbaycan liqasını “ekzotik liqa” adlandıraraq Avropada karyerasına davam etmək istədiyini bildirdi

Futbol
Dünən, 10:14

“Araz‑Naxçıvan”ın yeni prezidenti: “Nəticə olmadan komanda düz getmir”

Minifutbol
Dünən, 09:36

AFFA futzal üzrə seçki məşqlərini 24‑26 sentyabr tarixlərində “Olimpik Star” idman kompleksində keçirəcək

Futbol
Dünən, 04:47

İngiltərə millisinin beş futbolçusu zədələr səbəbindən düşərgəni tərk etdi

Futbol
21 sentyabr 2026, 23:39

“Liverpool” Barcelona müdafiəçisini birdəfəlik transfer etmək istəyir

Futbol
21 sentyabr 2026, 23:24

Markizionun 17 yaşlı oğlu Davide Markizio “Yuventus”da 2028-ci ilə qədər peşəkar müqavilə imzaladı

Oxşar xəbərlər