top
Qurban Qurbanov hakimliklə bağlı danışdı: Deməyə söz tapmıram Sport24.az
24 oktyabr 2024, 23:50
- ↺ +

Qurban Qurbanov hakimliklə bağlı danışdı: "Deməyə söz tapmıram"

Avropa Liqasının III turunun "Qarabağ" – "Ayaks" oyunundan (0:3) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb: Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Əfsuslar olsun, məğlub olduq. Oyuna pis hazırlaşmamışdıq. İlk dəqiqələrdən çox dinamik oynadıq. Bu komandaya qarşı müdafiə olunmaq istəmirdik. Dünən də demişdim ki, bir neçə gün vaxtımız var idi. Əfsuslar olsun, belə məğlubiyyət oldu. Xoş olmayan o oldu ki, oyunçularımız qırmızı vərəqə aldı. Bir oyun məğlub olandan sonra əlindəki oyunçu sayı azalırsa, problemdir. Futbolçularımın cəsarətindən razı qaldım. Böyümək istəyirik, amma bəzi elementlər var ki, keçməliyik. Belə böyük oyunlarda bəsit penaltilər, bəsit vərəqələr verilirsə, daha xırda detallara fikir verməliyik. Azarkeşlərə təşəkkür edirəm, sona qədər dəstək oldular. İnşallah, komandam bu cür dinamik oyunu, cəsarəti qorusa, qarşıdakı matçlarda yaxşı nəticələr olacaq. "Ayaks" kimi komandanın burda olması bizimçün avantajdır. Böyük komandaların nə demək olduğunu gördük.

 

– Qırmızı vərəqələr oyuna təsir etdi. Elvin ötən mövsüm də qırmızı almışdı və demişdiniz ki, bu, davam etsə, ciddi tədbirlər görəcəksiniz. Romao da neçənci oyundur, səhvlər edir. Bunlarla bağlı hansısa tədbir profilaktik söhbət olacaq?

- Mütləq söhbət olacaq. Amma futbol mübarizə oyunudur. Öncə futbolçunu qınayıram, daha diqqətli olmalıdır. Amma belə epizodlara qırmızı vərəqə verilirsə, futbol oynamayaq. Mübarizə zamanı müəyyən hərəkətlər ola bilir. Bəzən meydança amili olur, ayaq sürüşür. Həm Elvinin, həm də Romaonun epizodun əvvəlcə rəqib kobudluq edir. Hakimin bəzi qərarları maraqlı gəldi. Nə üçün belə fikir ayrılığı yaranır? İkinci hissədə Juninyoya iki əllə müdaxilə var idi, amma penalti verilmədi. Amma Romaonun epizodunda düşünmədən vərəqə verildi. Artıq deməyə söz tapmıram. Futbolçunun üstünə çox getmirik. Daha düzgün oynaya bilərdilər. Elvinin epizodunda isə azlıqda qalan, uduzan komandaya ikinci sarı vərəqə verilirsə, deməli bunun arxasında nələrsə durur. Heç vaxt hakimlərin işinə qarışmıram. Əksinə, onlar daha yaxşı olsunlar deyə öz köməyimi göstərirəm. Yeri gələndə, vurduğumuz səhv qolu belə deyirəm. Amma bizim ölkəyə müsbət fikirlərlə gəlsələr, yaxşı olar. Onsuz böyük komandalara qarşı oynayırıq, nolsun biz balaca komandayıq? Belə yanaşmalar düzgün deyil.

– Qərarlardan UEFA-ya şikayət etməyi düşünürsünüz?

– Yəqin ki, yox. Bir-iki dəfə belə addım atmışıq, amma faydası olmayıb. Oyun artıq başa çatıb. Hakimlik barədə danışmasaq, daha yaxşıdır. Önümüzdə baxmalıyıq. Hamılıqla belə fikirdə olsaq, aqressivliyimiz artar və yaxşı nəticə verməz. Sadəcə ilk nöqsanları özümüzdə axtarmalıyıq. Mənə təsir edən odur ki, böyük komandalara qarşı belə bəsit və ağır qərarlar verməzdilər. Hakim oyunun ağasıdır. Deyəcək başqa sözümüz yoxdur.

 

– Onsuz da heyətdə çatışmazlıqlar var idi. Bu gün də iki qırmızı vərəqə oldu. "Bodo-Qlimt"lə oyunda nə edəcəksiniz?

– Çəkinmədən, inamla gedəcəyik. Yaxşı komandadırlar. Hələ məğlub olmayıblar. Buna baxmayaraq, əlimizdəki oyunçularla yaxşı nəticə üçün gedəcəyik.

 

– Komanda son oyunlarda çox qol buraxır. Müdafiədə də problem var. Bəhlul Mustafazadə bu gün əsas heyətdə meydana çıxa bilməzdi?

– Bədavi və Kevin daha hazır idi. Bəhlulun da vaxtilə müdafiədə səhvləri olub. Hər bir halda, o, bizim əsas oyunçumuzdur. Bəhlul oynasaydı, səhv etməyəcəkdik və ya qol buraxmayacaqdıq deyə bir şey yoxdur. Bu gün tam hazır deyildi.

 

– Böyük zəhmətiniz var. Bu gün də motivasiya ilə oyuna çıxmışdınız. Amma keçən il komanda daha istəkli görünürdü. Bir ildə nə dəyişdi?

– Azlıqda olsaq da, mübarizə apardıq, çəkinmədik. İnanın, məğlubiyyətlə barışmırıq. Futbolda belə təcrübə var, istənilən komanda hər il uğurlu ola bilməz. Məğlubiyyətlər olsa da, oyunumuz var. Bəlkə, daha diqqətli olmalıyıq. Məsələn, "Bayer" də keçənilki kimi deyil.

 

– Bu gün bəzi tanınmış şəxslər deyir ki, yenilənmə lazımdır. Qurban Qurbanovu əvəzedəcək ikinci şəxs var?

– Kimlər deyir? Bəlkə, söhbət olsun deyə deyirlər. Buna nə fikir bildirim? Deyəcək sözüm yoxdur, sadəcə, sağ olsunlar (gülür). Bilsinlər ki, istənilən sahədə çalışan azərbaycanlı mənim üçün dəyərlidir. Hansısa fikrə görə kiməsə qarşı mövqeyim dəyişməz. Sizdən xahiş edirəm ki, belə məlumatları mənə verməyin.

 

– Yaxşı nəticə üçün nələr etmək lazımdır?

– İnanın ki, 3 oyunda uduzmağımıza baxmayaraq, böyük problemlər görmürəm. Sadəcə yeni format elədir ki, hər dəfə yeni komandaya qarşı oynayırsan. "Tottenhem" kimi komandaya qarşı yaxşı mübarizə aparmışıq. Məğlub olmuşuq, amma futbolçularım, azarkeşlər, klub rəhbərliyi adına sevinirəm, bizim komandamız çəkinmədən mübarizə aparır. Bunlar ancaq bizə futbolu sevdirir və böyüdür. Qarşıda çox oyun var. Sadəcə istəmirəm ki, bizə, futbolumuza qarşı neqativ fikir səslənsin. Hər il daha cəsarətli oluruq və işimizi yaxşılaşdırmağa çalışırıq.

 

– Bu mövsüm iki fərqli "Qarabağ" var. Premyer Liqada ələ düşən fürsətlər maksimum dəyərləndirilir, amma Avropada bu baxımdan çətinlik yaşanır. Realizasiya problemini necə həll etməyi düşünürsünüz?

– Bu komandalardakı oyunçuların ustalıq səviyyəsi bizdən daha çoxdur. Bunları qəbul etməliyik. Öz işimizi daha yaxşılaşdırmaq istəyirik. Oyunçuların ustalıq səviyyəsini artırmaq istəyirik. Digər tərəfdən, Avropa təcrübəsi bizi üstələyib. Rəqiblər bizdən psixoloji baxımdan da üstündürlər. Onlar belə matçlarda daha rahat oynayırlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Oxşar xəbərlər