top
Qurban Qurbanov: Futbolçularım böyük qəhrəmanlıq və cəsarət göstərdilər, baxmayaraq ki, Avropa futbolu bizdən daha sürətlə inkişaf edir Idman.biz
25 fevral 2026, 02:58
- ↺ +

Qurban Qurbanov: Futbolçularım böyük qəhrəmanlıq və cəsarət göstərdilər, baxmayaraq ki, Avropa futbolu bizdən daha sürətlə inkişaf edir

"Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən qarşılaşmaya kökləmək asan deyildi".

İdman.Biz-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Nyukasl"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis məğlub olduqları qarşılaşmanı şərh edib: "Əvvəlcə futbolçularıma təşəkkür etmək istəyirəm. Onlar Çempionlar Liqasında maraqlı futbol mövsümü keçirdilər. Cari mövsüm Çempionlar Liqasında İngiltərə klublarına qarşı matçlar bizim üçün böyük təcrübə oldu. Oyunçularımın hər birindən çox razıyam. "Nyukasl"la cavab matçında da özlərini çox yaxşı tərəfdən göstərdilər. Baxmayaraq ki, Bakıdakı böyükhesablı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən qarşılaşmaya kökləmək asan deyildi. Matçın əvvəlində buraxılan 2 qoldan sonra oyunçular özlərini ələ ala bildilər".

Qurban Qurbanov İngiltərə klubunun azarkeşlərinə minnətdarlığını bildirib: "Onlar bu oyuna öz klublarını dəstəkləməyə gəlmişdilər. Bununla belə, ara-sıra bizim qurduğumuz yaxşı hücumlara da əl çalırdılar. "Nyukasl" komandasına qarşıdakı matçlarda uğurlar arzu edirəm. Və öz azarkeşlərimizə də təşəkkürlərimi çatdırıram. Tərəfdarlarımız həm səfər, həm də ev oyunlarında bizi yalnız qoymadılar".

Baş məşqçi Azərbaycan futbolu ilə Avropa futbolunu müqayisə də edib.

"İngilis futbolu Avropa futbolundan çox fərqlənir. Belə bir təcrübə ilə komandanı oyuna hazırlamaq bizim üçün önəmli oldu.

Biz bir addım irəli gediriksə, Avropa futbolu daha çox irəli gedir. Biz onsuz da onlardan geridəyik, amma onlar yenə də daha sürətlə inkişaf edirlər. Əvvəllər futbolda bu qədər detallar yox idi. Futbol həddindən artıq sürətlə inkişaf edir. Avropa ümumiyyətlə futbola çox böyük yatırımlar qoyur. Futbol sadəcə 11 futbolçunun çıxıb məşq etməsi deyil. Burda detallar çoxdur və biz çox geridəyik. Bu amillərə baxmayaraq, futbolçularım çox böyük qəhrəmanlıq göstərdilər, çox böyük cəsarət göstərdilər", - Qurbanov deyib.

Qeyd edək ki, "Nyukasl" – "Qarabağ" matçı ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib. Tərəflər arasında keçirilən ilk görüşdə də İngiltərə təmsilçisi (6:1) qalib gəldiyindən, "köhlən atlar" Çempionlar Liqasında mübarizəni dayandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər