top
Qurban Qurbanov: Futbolçular böyük təzyiqlərə məruz qalırlar Sport24.az
29 noyabr 2025, 20:48
- ↺ +

Qurban Qurbanov: Futbolçular böyük təzyiqlərə məruz qalırlar

"Füzuli Məmmədova uğurlar arzulayıram. Uzun müddətdən sonra baş məşqçi kimi Premyer Liqaya qayıtdı. Ona qarşıdakı matçlarda uğurlar arzulayıram. Futbolçularımı təbrik edirəm. Vacib üç xal idi. Oyun bizim üçün asan deyildi. Avrokubok oyunlarından sonra futbolçuların hazırlıq səviyyəsi 30-40 faiz aşağı düşür. Şərait, vaxtımız olmur. Elə də asan deyil. Bugünkü heyəti götürsək bir neçə futbolçu öz idman formasından uzaqdır. Ramil Şeydayev nə qədər vaxt oynamır. İlk dəqiqələrdən meydanda olması asan deyil. Musa Qurbanlı da həmçinin. Bədavi Hüseynovu da qeyd edərdim. Ritmə düşmək üçün 3-4 oynamaq lazımdır ki, güclərini bölüşdürə bilsinlər. Risklərə getmək istəmirik. Vacib oyunlar olsa da, futbolçuları qorumaq bizim üçün . Məğlub olmağa hazırıq, nəinki futbolçuları itirək. İtaliyada oyunda da Mateus Silv, Leandro Andrade əzələsində problem hiss etdi. Kevin Medina məlumdur. Bəhlulda da yorğunçuluq var idi. Üç nəfəri protkola salmadıq da. İlk "onbirlik"də yer alanlar yorğun olsalar da, oyun ritmindən düşmürlər. Digərləri isə həm məşqdən uzaq qalırlar, həm də daha az oyun oynayırlar. Bu da bizə ciddi problem yaradır. Kənardan görünə bilər ki, adlar var. Amma o adların istədiyin formada olmayanda, problemlərin yaranır. Şükür Allaha, çalışırıq ki, vəziyyəti balanslaşdıraq. İlin sonuna gəldikcə, zədəlilərin sayı artır. Qarşıda bizi kubok və çempionat matçlarımız var. Futbolçuların üzərinə daha da çox məsuliyyət düşür ki, özlərini bu oyunlara hazırlasınlar. Çempionat bir az fərqli gedir, komandalar başqa cür oynayır. Əvvəllər komandalar müdafiədə daha çox səhv edirdi, indi fərqlidir".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 13-cü turunun "Karvan-Yevlax"la görüşündən sonra mətbuat konfransında deyib. O, jurnalislərin suallarını cavablandırıb. 

 

- İcraiyyə Komitəsinin iclası keçirildi. Neçənci dəfədir ki, siz olmayan vaxtda vacib iclaslar salınır...

- Əvvəlcədən bildirilir ki, iclas hansı tarixdə olacaq. Hamıdan da bu haqda soruşurlar. Oradakı insanların hər biri iş başında olur. Hamını bir yerə yığmaq üçün vaxt təyin olunmalıdır. Biri var tək mənim vaxtım olmasın, biri də var 5 nəfər Bakıda olmasın. Belə olduğu halda, az adamın olmamasını əsas götürürlər. Normal prosesdir. İkinci, ya üçüncü dəfədir ki, üst-üstə düşür. Bütün qərarlar İK-nın bütün üzvlərinə göndərilir. Orada ciddi problem görmürəm.

 

- Marko Yankoviç və Mateus Silva arasında "Napoli" ilə görüşdə baş verən mübahsiə haqda fikriniz necədir? Yazılanlara görə, onları cərimələsiz?

- Futbol emosional oyundur. Belə halların çox şahidi olmuşuq. Bundan da çox sərt hallar görmüşük. Hər bir halda, belə oyunlarda özlərinin emosialarını qoruyub-saxlamalıdırlar. Çünki matçın gedişatına təsir edə bilər. Ümumi fikirlərimi bildirmişəm. Bu mövzuya çox ciddi diqqət ayırmışam. 

 

- "Ayaks"la oyun pley-offa çıxmaq baxımından sizin üçün çox vacibdir. Bu fikirlə razısız? Belə yanaşma, komandanın üzərində əlavə təzyiq yaratmırki?

- Çox vacib oyundur.Bəlkə də azarkeşlər turnir cədvəlinə məndən daha çox baxırlar, daha çox oyunları analiz edirlər. Bəlkə bəzi detallara mən toxunmuram, amma fanatlar bunu analiz edirlər. Əksinə, göstərirk i, biz oyuna daha çox diqqət ayırmalıyıq. Futbolçulara çmüsbət təsiri olar. Çempionat oyuna hazırlaşa-hazırlaşa həmin görüşü də fikirləşməyə çalışacağıq."Ayaks"ın öz oyun fəlsəfəsi vr, neçə oyununa baxmışam. Rəqiblərdən aşağı səviyyədə oynamayıb. "Benfika" ilə matçda daha çox qol epizodları oldu, nəinki onların. Bu cür yanaşma məni daha çox narahat edir. Sanki qalibiyyət artıq bizimdir, sonuncu pillədə gedən komandaya qarşı oynayırıq. Bundan uzaqlaşmaq lazımdır. "Ayaks" da gözünü qarşıdakı oyunlara dikiblər. Xüsusilə də, bizimlə matça. Çox ciddi və diqqətli olmalıyıq. Ötən mövsüm Avropa Liqasında sonuncu olduq. Amma 3-4 oyunumuz var idi ki, rəqibdən üstün idik. Sadəcə qismətimiz deyilmi. Ola bilər içəridə nəyisə səhv etmişdik, bəlkə kollektivdə hansısa yaxşı dostluq yox idi. 

 

- Mateuş Koxalski ilə bağlı "Qarabağ"a rəsmi təklif olub?

- Hər xətdə oyunçu axtarıram. Buan ehtiyacımız var. Daha sağlam olmağa ehtiyacımız var. Juninyo yaxşı futbolçu idi, yaxşı qolları oldu. Amma onun stabilliyindən narazı idim. Amma onun özəlliklərindən bir cür istifadə edirdim, indi əlimdə olanlardan başqa cür edirəm. O cür futbolçunun komandamızda olmasına yox deməzdim. Hər halda, axtarırıq, baxırıq, işlər gedir. İmkan olsa, 2-3 oyunçu götürəcəyik. Koxalskiyə görə, rəsmi təklif yoxdur. Tələsmək lazım deyil. Qapıçı indi-indi inkişaf etməyə başlayırsa, potensialını üzə çıxarmağa başlayırsa, tələsməmək lazımdır. Belə şansdan daha çox istifaə etmək lazımdır. Rəsmi təklif yoxdur. 

 

- İcraiyyə Komitəsnidə çıxan qərarlara fikriniz necədir?

- Burada fikir bildirməyim düzgün olmaz.

 

- Toral Bayramova oyundan sonra müsahibə üçün yaxınlaşan jurnalistlər olsa da, o, bildirdi ki, uşaqlarına daha çox vaxt ayırmaq istəyir. Maraqlıdır, həqiqətən Bayramov bazada daha çox vaxt keçirir?

- Mən bəzən "Qarabağ"ın futbolçularının iş rejiminə baxanda, yazığım gəlir desəm, ağır hallanar. Amma bəzən istəyirəm ki, onları bir ay buraxb və deyim gedin futboldan uzaq olun. Onlar üçün asan deyil. Biz istənilən turnirdə nəticə verməliyik. Komanda elə yerə gəlib çıxıb ki, futbolçuların normal istirahət vaxtı yoxdur. Buna fiziki güc yox, psixoloji olaraq çatdırmır. Mənə baş məşqçi kimi asan deyil. Futbolçuları başa düşmək lazımdır. Onlar kimin üçün oynayırki? Biz, xalq, ailəsi üçün. Çox adam fikirləşir ki, övladım futbolçu olsun. Ancaq inanın ki, bunlar sanki seçilmiş insanlardır. Döyülən də onlar, söyülən də onlar. Nəsə çatışmazlıq oldusa, media, rəhbər, azarkeş, məşqçi, valideyn tərəfdən üzərlərinə gedirlər. Böyük təzyiqlərə məruz qalırlar. Onları başa düşmək lazımdır. Futbolçuların yanında olmalıyıq. Ramil Şeydayev, Nəriman Axundzadə, Musa Qurbanlı oynamadıqca, idman formasından uzaqlaşırlar. Psixoloji təzyiq çoxdur. Ələlxüsus da, öz futbolçularımızın yanında. Bəlkə bəzən sizinlə kobud danışırlar, amma onları başa düşmək lazımdır. Çünki əsəbləri bəzən yerində olmur. Allah qoysa, deyərəm, gələn dəfə vaxt ayırar, müsahibə verər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Futbol
Bu gün, 13:40

UEFA 30,000 avro ilə Finlandiya Futbol Assosiasiyasını cərimələyib

Güləş
Bu gün, 13:33

Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanacağını və qızıl medaldan imtina etdiyini etiraf etdi

Futbol
Bu gün, 13:20

Everton qış transferində Islandiyalı hücumçunu transfer etməyə çalışır

Aİ analiz
Bu gün, 13:16

Bill Qeyts süni intellektin idmanı əvəz edə bilməyəcəyini vurğuladı

Boks
Bu gün, 13:03

Məktəbli boksçu, jurnalistlərlə qarşıdurmada iştirak edib

Futbol
Bu gün, 12:59

Aydin Bayramov: Zire çətin dövrdədir, itkilər və sərt rəqiblərlə mübarizə aparır

Futbol
Bu gün, 12:44

Maldini, Totti, Giggz və Puyol: Karyeralarını bir klubda keçirmiş futbol tarixinin sadiq simaları

Futbol
Bu gün, 12:20

PSJ, 120 milyon avroluq hücumçusu Dezire Due ilə müqaviləni uzatmaq üçün danışıqları davam etdirir

Qarabağ FK
Bu gün, 12:00

Aftandil Hacıyev: “Rəqibdən geri qalmadıq, sabah matçına inamla gedirik”

Olimpiada
Bu gün, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Futbol
Bu gün, 11:48

Real Madrid kiskapçısı Tibo Kurtua 'El Clasico'da iştirak etməyən sağlamlıq vəziyyəti barədə danışdı

Formula 1
Bu gün, 11:34

Maklaren yeni planı ilə podiuma qovuşmağı hədəfləyir

Voleybol
Bu gün, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Cüdo
Bu gün, 11:20

İbrahim Talıbov Dakardakı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 55 kq çəki dərəcəsində jüdo yarışlarına qatılacaq

Digər
Bu gün, 11:07

Unibank, məktəblilərə pul idarəçiliyi təlimi təşkil etdi

Qarabağ FK
Bu gün, 11:05

Azərbaycan futbol Premyer Liqasında 10-cu turun hakim təyinatları açıqlandı

Futbol
Bu gün, 11:00

29 oktyabr: «Fiorentina» - «Atalanta» və «Everton» - «Nyukasl» qarşılaşmaları da daxil olmaqla Avropa futbolunda günün oyunları

Futbol
Bu gün, 11:00

Amit Quluzadə: Fərdi səhvlər və təcrübəsizlik məğlubiyyətə yol açdı

Tennis
Bu gün, 10:52

Yelena Rıbakina, dünya birinci raketkası olduqdan sonra həyatında baş verən dəyişikliklərdən danışıb

Futbol
Bu gün, 10:43

FIFA U-15 Dünya Çempionatı: Tahir Süleymanov Uşaqların Potensialına Güvənir

Futbol
Bu gün, 10:40

Ceydon Sançonun "Xetafe"yə keçməməsinin səbəbi: Yaxın Şərq klubundan təklif

Basketbol
Bu gün, 10:38

LANDAU Lions basketbolçu Ceyms Freyzer Avropa Kubokunda tarixi 41 xal imzası atdı

Futbol
Bu gün, 10:29

Marafon baş məşqçisi Ceyhun Cavadov: "Çətin oyunlar əlavə təcrübə gətirdi"

Oxşar xəbərlər