top
Qurban Qurbanov: Finalda uduzmaq kimi bir fikrimiz olmayacaq Sport24.az
23 aprel 2025, 19:52
- +

Qurban Qurbanov: "Finalda uduzmaq kimi bir fikrimiz olmayacaq"

"Qarabağ" Azərbaycan Kuboku yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində "Araz-Naxçıvan"ı 3:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Sport24 xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Futbolçularımı təbrik edirəm. Bir az gərginlik, yorğunluq var idi. Buna baxmayaraq komandam sona qədər təmkinli qaldılar və rəqibin səhv etməsini gizlədilər. Sonda bundan istifadə edə bildik. Elmar Baxşıyevə, onun komandasına uğurlar arzulayıram.

 

- İlk hissədə "Qarabağ"ın oyununun alınmamasının səbəbi nə idi?

- Öncə rəqibin oyununu dəyərləndirmək lazımdır. Hesabda 0:1 geridə idik. Rəqib çox düzgün, ağıllı müdafiə olunurdu və əks-hücumlara hazırlaşırdı. Onların ilk hissədə bir neçə qol epizodu oldu. Bizim hazırlığımız da bunun üzərində getmişdi. Topsuz oyunçularımıza çox yaxşı təzyiq edirdilər. İlk yarıda top itkilərimiz çox oldu. Rəqib daha aktiv idi. İkinci hissədə biz təzyiqi artırdıq və bundan istifadə etdik. Həmişə demişəm ki, kubok matçları çempionatdan fərqlidir. Bu, normaldır. Belə oyunlara daim hazır olmalıyıq.

 

- Sizin üçün finalda hansı komanda arzuolunandır?

- Belə bir düşüncəm yoxdur. Sadəcə onu bilirəm ki, finalda qarşımızda nəticə üçün alışıb-yanan rəqib olacaq.  Çünki, hər ikisinin avrokuboklarda iştirak etmək şansı həmin oyundan asılı olacaq. İstənilən rəqib bundan sonra bütün hazırlıqlarını bizə qarşı quracaq. Hələ vaxt var. Hər iki komandaya uğurlar arzulayıram. İstəyərdim ki, ikisi də avrokuboklarda iştirak etsin. Hər iki klub böyük sərmayə qoyub. Bu iki klubun strukturunu nümunə olaraq göstərə bilərik. Yalnız nəticəyə yox, uğurun davamlı olmasına sərmayə yatırıblar. "Neftçi"nin də, "Sabah"ın da çox yaxşı bazası var. Biz də kuboku yenə qazanmaq istəyirik. Finalda məğlub olmaq kimi bir düşüncəmiz olmayacaq. İstərdim ki, futbolçularımın titul sayı daha da artsın.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:20

Vikario “Tottenhem”dən ayrılacaq

Futbol
Bu gün, 04:14

Benzemanın “Əl-Hilal” ilə problemləri

Futbol
Bu gün, 03:09

"Arsenal" Edeqoru 87 milyon avroya satmaq istəyir

Şahmat
Bu gün, 02:18

FIDE prezidenti Arkadi Dvorkoviç istefa verib

Futbol
Bu gün, 01:52

Liverpul Vinisiusu azad agent kimi transfer etməyi düşünür

Futbol
Bu gün, 01:36

De la Fuente Argentina oyunçularının davranışlarına reaksiya verdi: “Qəbuledilməzdir”

Futbol
Bu gün, 01:15

Murad Məmmədovun komandası Avropa Liqasında məğlub olub

Voleybol
Bu gün, 01:01

Millətlər Liqasının yarımfinal cütlükləri müəyyənləşib

Güləş
Bu gün, 00:49

Asəf Çopurov UAE Warriors çempionluq kəmərini uğurla müdafiə edib

Futbol
Bu gün, 00:38

Karvan-Yevlax" İbrahim Qədirzadə ilə müqaviləsini başa vurub

Futbol
Bu gün, 00:17

Karlo Ançelotti İtaliya millisini çalışdırmaqdan imtina edib

Futbol
Dünən, 23:59

Mahir Emrelinin qolu komandasının Konfrans Liqasındakı qələbəsini təmin edib

Minifutbol
Dünən, 23:44

„Rapid“ „Santa-Koloma“nu məğlub edib

Futbol
Dünən, 23:44

"Rapid" "Santa Kolomaya" qalib gəlib

Qarabağ FK
Dünən, 23:33

Elvin Cəfərquliyevin əsas heyətdə yeri hələ də müəyyən deyil

Futbol
Dünən, 23:17

Makkabi Şerifə qarşı inamlı qələbə qazandı

Futbol
Dünən, 23:00

Elliot Anderson „Mançester Siti“yə keçib

Futbol
Dünən, 22:46

Mahir Emreli Polşada ilk qoluna imza atdı

Qarabağ FK
Dünən, 22:39

Qurban Qurbanov “CSKA Sofia” ilə oyun haqqında danışdı

Qarabağ FK
Dünən, 22:25

Hristo Yanev: “Qarabağ”la bərabərlik yaxşı nəticədir”

Futbol
Dünən, 22:10

Frenki de Yonqun dizində zədə

Futbol
Dünən, 21:50

Zirə Konfrans Liqasında ilk qarşılaşmasına çıxacaq

Futbol
Dünən, 21:20

Luka Modriç “Milan”la müqaviləsini uzatdı

Minifutbol
Dünən, 20:57

Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Oxşar xəbərlər