top
Qurban Qurbanov Ferentsvaroş oyunu öncəsi: Məqsədimiz yaradıcı olmaq, rəqibə qol vurmaqdır Sport24.az
18 avqust 2025, 21:43
- ↺ +

Qurban Qurbanov "Ferentsvaroş" oyunu öncəsi: "Məqsədimiz yaradıcı olmaq, rəqibə qol vurmaqdır"

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində sabah "Ferentsvaroş"a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:

 

– Yenidən burda olmaq xoşdur. Yaxşı komandaya qarşı vacib oyunumuz olacaq. Belə rəqibə qarşı oynamaq xoşdur. Çox istəkli komandayla qarşılaşacağıq. Baş məşqçiləri və futbolçuları Liqa mərhələsinə düşməkçün istəklidirlər. Çalışmalıyıq ki, düzgün oynayaq və istəkli olaq. İnanıram ki, azarkeşlər oyundan razı qalacaq. Yaxşı oyunla yaxşı nəticə qazanmaq istəyirik.

 

– Əvvəlki matçlardan sonra indi komandalarda nələr dəyişib?


– Futbol dəyişir. Hər iki komandada dəyişikliklər var. İlk oyundan sonra bir-birimizi daha yaxşı tanıyacağıq. Sabahkı matçda sona qədər mübarizə aparmağı bacarmalıyıq.

 

– Sabah hansı oyun üslubu ilə oynayacaqsınız?


– "Ferentsvaroş" sürətli hücuma keçməyi bacarır. Daha fiziki, dinamik kollektivdirlər. Baş məşqçiləri də həm sürətli oyun tələb edir, həm də mübariz. Topa daha çox sahib olmağa çalışacağıq. "Ferentsvaroş"un oyun üslubu elədir ki, çalışırlar, rəqibə topa sahib olmağa imkan verməsinlər. Bu tip rəqiblərə qarşı oynamışıq. Etiraf edək ki, bu kollektiv daha bacarıqlı və qabiliyyətlidir.

 

– 17 ildir, komandaya rəhbərlik edirsiniz. Bunu necə bacarırsınız?


– Sadəcə, məni dəyişmirlər. Ona görə 17 ildir, burdayam.

– Sabahkı oyunda ilkin məqsədiniz nə olacaq?


– Robbi Kinin açıqlamasını oxumuşam. Deyir ki, hücum xəttimiz yaxşıdır və eyni zamanda qol da buraxmamalıyıq. Belə turnirlərdə qələbə qazanmaq istəyirsənsə, ilk oyunda qol buraxmamaq vacibdir. Buna baxmayaraq, daha baxımlı olmaq, nəticə vermək üçün yaradıcı olmalıyıq. İlk məqsədimiz yaradıcı olmaq, rəqibə qol vurmaqdır. Qol buraxmasaq, daha yaxşı olar. Amma istəyirik ki, hər oyun qol vura bilək. Azarkeşlər qollu oyunları çox sevirlər. Nəticə üçün çalışacağıq ki, həm burda, həm Bakıda maksimumu edək.

 

– Romao və Kadi "Ferentsvaroş"da oynayıb. Onlardan bu komanda haqda məlumat almısınız?


– Xeyr, belə şeyləri sevmirəm. Bu, qeyri-etikdir. Futbolçu sabiq klubuna sadiq ola bilər. Ona görə futbolçuları belə vəziyyətdə qoymaq istəmirəm. Özümüz rəqibi təhlil edib, məlumat toplamışıq.

 

– İki oyun arasında istirahət üçün vaxtınız var?


– Premyer Liqada matçımız var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Futbol
Dünən, 23:18

Sabahın keçmiş kapitanı: Barselona adlarından çəkinməmək lazımdır

Gimnastika
Dünən, 23:06

Azərbaycan gimnastikası Nankində bir qızıl və iki gümüş medalla dünya çempionatını qazanıb

Futbol
Dünən, 22:58

Sabah 2-2 Şamaxı matçı video

Minifutbol
Dünən, 22:58

Elvin Quliyev: “Latviya qarşısında 1:5 məğlubiyyətdə həyəcan var idi, standart vəziyyətlərdə ciddi səhvlər buraxdıq”

Qarabağ FK
Dünən, 22:28

Şəfa-2 və Kəpəz-2 arasında 1:1 heç‑heçə

Digər
Dünən, 22:05

Azərbaycan futzal yığması Latviya ilə 5:1 məğlubiyyət alıb

Oxşar xəbərlər