top
Qurban Qurbanov Elvin Cəfərquliyev haqqında: Ona bel bağlamaq olmaz Idman.biz
02 oktyabr 2025, 01:20
- ↺ +

Qurban Qurbanov Elvin Cəfərquliyev haqqında: Ona bel bağlamaq olmaz

"Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusunun ilk olaraq mənim komandamdan seçilməsinə, həm də öz komandamdan azərbaycanlının seçilməsinə çox sevinirəm və böyük dəyər verirəm".

İdman.biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Kopenhagen"lə (2:0) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, Elvin Cəfərquliyev UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda keçirilmiş "Qarabağ" - "Kopenhagen" oyununun ən yaxşı futbolçusu adını qazanıb.

"Elvin heç də rahat futbolçu deyil. Çünki dəfələrlə olub ki, o, öz idman formasından çox aşağı səviyyədə oynayıb. Sonra qalxıb, düşüb, yenə qalxıb. Yəni stabillik kəşf edə bilməyib. Son oyunlarda yəqin özü də ciddiləşir, mən də onunla daha ciddi rəftar eləyirəm. Belə deyim də, ona bel bağlamaq olmaz" – Qurban Qurbanov deyib.

Baş məşqçi Elvini kifayət qədər ciddi və məsuliyyətli olmamaqda günahlandırıb: "Hamımız bir az diqqətli olmalıyıq. İstənilən an hamımız öz bacarıq və qabiliyyətimizdən aşağı istifadə edə bilərik. Amma Elvinə bəlkə də bir neçə il lazımdır ki, bu məsuliyyəti dərk eləsin. Yəni, bəlkə də onun daha ciddi olmağı, daha böyük olmağı, özünü meydanda daha yaxşı aparmağı üçün bir neçə il vaxt lazımdır. Amma əgər biz bir neçə il gözləsək, bu, bizim üçün heç də yaxşı olmaz. Hər bir halda çalışırıq ki, onu əldə saxlayaq. Mən əminliklə deyirəm ki, bu, hələ Elvinin tam potensialı deyil. O əgər daha ciddi olsa, futbol haqda çox fikirləşsə, uğurları daha böyük olar".

Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində "Qarabağ" – "Kopenhagen" oyunu Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə nəticələnib. Ağdamlıların "Atletik"lə növbəti oyunu oktyabrın 22-də rəqibin meydançasında olacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər