top
Qurban Qurbanov: Cənab Prezident neçə ildir Azərbaycanın 'Qarabağ'ını Çempionlar Liqasında görmək istəyirdi Idman.biz
28 avqust 2025, 00:07
- ↺ +

Qurban Qurbanov: "Cənab Prezident neçə ildir Azərbaycanın 'Qarabağ'ını Çempionlar Liqasında görmək istəyirdi"

"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə şükürlər olsun, Çempionlar Liqasının Liqa mərhələsinə düşə bildilər. Yenidən böyük oyunlarda iştirak edəcəkləri üçün onları təbrik edirəm".

İdman.biz Futbolpress.az-a istinadən xəbər verir ki, bunu Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Ferentsvaroş" (Macarıstan) oyunundan (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov deyib.

- Cənab Prezident də bizi təbrik edib. Mən də təbrik etmək istəyirəm, neçə ildir bizim kimi o da Azərbaycanın "Qarabağ"ını burda görmək istəyirdi. Başda cənab prezident olmaqla bütün ailəsini təbrik edirəm. Bir daha göstərdi ki, gözü üzərimizdədir.

Məsuliyyətimiz bir daha artdı. Oyuna gəlincə, gərgin matç keçdi. Bu gün stadion sanki tam başqa idi. Bəlkə də, çoxdan bu atmosferi görmürdük. Biz nə qədər gərgin idiksə, onlar da elə idi. Bu nəticəni ən çox haqq edənlərdən biri də onlardır. Hər kəsə təşəkkür edirəm. Yaxşı yazılarla yanımızda oldunuz, kollektivin bir üzvüsünüz.

- Futbolçulara nə dediyinizi adətən açıqlamırsınız. Mümkünsə, burda açıqlayardınız, oyundan əvvəl futbolçulara nə demişdiniz?

- Kartlarım həmişə açıqdır. Soyuqqanlı olmağımızı demişdim. Rəqibin qıcıqlandırıcı açıqlamalarına fikir vermək lazım deyil. Bunu düşünüb, iş görsək, alınmaz. Belə böyük oyunlar soyuqqanlı olmaq tələb edir. İstək çox olsa, futbolçular "yana" bilər. Nə demişəmsə, bu mövzu ətrafında olub. Daha çox cəsarət, ağıl tələb etmişəm. Başlıcası da, cəsarətli və ağıllı olmaq vacibdir. İstənilən nəticədə oyundan qopmamalı olduğumuzu demişdim.

- Liqa mərhələsində hansı arenada oynamaq fikriniz var?

- Düzü, hələ qərar verilməyib. Məni aşan məsələdir. Bu məsələdə hamı iştirak etməlidir. Çempionlar Liqasının ciddi tələbləri var. Ot örtüyü, əlavə detallar. Olimpiya Stadionundakı durumu bilmirəm. Çünki son vaxtlar orda tədbirlər olub. Federasiya və digər qurumlar tərəfindən belə təklif olarsa, oynamağa hazırıq.

- Tarixində ikinci dəfə ən şirin məğlubiyyəti aldınız. 8 ildən sonra nələr dəyişdi?

- İldən-ilə hamımız dəyişirik, yaşam dəyişir. O cümlədən sevimli peşəmiz futbol dəyişir. Sadəcə 8 ildən sonra o turnirə qatılmaq… Futbolun dəyişən tərəflərini xırdalasam, böyük problemlər ola bilər (gülür). Bəzən xarakter, bəzən birlik böyük uğura gətirib çıxarır. Öz həyatımızda nə dəyişirsə, işdə də onlar olur.

- Qələbəyə bərabər məğlubiyyət oldu. Bu məğlubiyyət ardıcıl 5 qələbədən sonra görünürdü? Bu haqda futbolçularla danışacaqsınız?

- Xeyr. Bəzən oyunlar olub, bu matçlarda məğlub olmuşuq, amma şərəfli uduzmuşuq. "Ferentsvaroş" bərk komanda idi, bugünkü qələbəyə layiq idilər. Klubun strukturuna baxsanız, ÇL-də oynamalıdırlar. Bu günsə ümumi hesabda biz üstün olduq. Futbolçularıma irad bildirməyəcəm. Çünki son üç gündə onların yanında oldum, hansı hissləri keçirdiklərini bilirdim. Matç yaxınlaşdıqca gərginlik artırdır. Özümdə də gərginlik var idi və futbolçular bunu hiss edirdi. Özümü soyuqqanlı apara bilmirdim.

- 2017-ci ildə əsas mərhələ yüksələndə, ardıcıl transferlər oldu. Bu dəfə də kimlərinsə icarəyə götürülməsi məsələsi nə dərəcə realdır?

- Hansı variant olsa, etmək istəyirik. Futbolçuların sayını artırmaq istəyirik. İnanın, son vaxtlar hər gün bəlkə də işimizin çox hissəsini transfer məsələsinə ayırmışıq. Gördünüz, tələsmədik. Ola bilər ki, bəzi istədiklərimiz alınmazsa, icarə variantları haqda düşünə bilərik. Geniş heyətə ehtiyac var. Çünki sıx qrafik olacaq. Bu gün yorğunluq hiss olundu.

- Növbəti dəfə sevinc göz yaşınızı görmək üçün hansı uğura imza atmalısınız?

- Hardan gördünüz? Gizlədirdim axı (gülür). Təki belə sevinc göz yaşları olsun. Bunlar emosiyalardan irəli gələn şeydir. Çalışmalıyıq ki, dayanmayaq, daha yeni uğurlar axtaraq. Çox iş görmək lazım olacaq. Vacib odur ki, yorulmamışıq, gücümüz var. Özüm istəmirəm ki, göz yaşlarım olsun, lakin qaçılmazdır. Dünya futbol praktikasında da maraqlı hadisələrdəndir. Görək də…

- Addai sanki oyunun zəiflərindən idi…

- Gəlin, bu gün heç bir futbolçunu müzakirə etməyək. Mənə sərbəstlik verin. Addai oyuna pis qoşulmadı, gərginlik yaratdı. Çəkisi də normaldır. Belə matçlarda sonradan oyuna qoşulmaq asan deyil. Bu gün heç bir futbolçu haqda irad bildirmək istəmirəm. Onların hər birinin bu uğurlarda böyük payı var.

- Son dəqiqələrdə əvəzetmələrin düşər-düşməzi olur. Bu hisslər var idi?

- Bunlar həmişə olur. Nəyisə düz görürüksə, etməliyik. Lazım olduğu üçün addımlar atırıq. Gedişatda düz görürüksə, mütləq həyata keçirməyə çəkinməməliyik.

- Zəfəri necə qeyd edəcəksiniz?

- Rayondan qardaşlarım gəlib, məni gözləyirlər. Çıxan kimi ora gedəcəyəm. Musa aşağı düşdü, burda xodları yaxşı bilir. Görüşdü, məni təbrik etdi.

- Sizinlə bərabər U-19 komandanız da Çempionlar Liqasında iştirak edəcək. Onlarla hansısa müzakirələr olacaq?

- Hansısa dialoqa ehtiyac olsa, fikir bildirərəm. Belə oyunlarda sərbəstlik böyük rol oynayır. Nə lazım olsa, yanlarında olmağa çalışacağıq.

- ÇL-də konkret hədəf nə olacaq?

- Hədəf Liqa mərhələsinə yüksəlmək idi. Sonrasına baxacağıq. Belə nailiyyətlər ölkə futbolunu sevdirir, futbolçuları böyüdür. Hər futbolçunun arzusu belə turnirlərdə iştirak etməkdir. Edəcəklərsə, böyük təcrübə qazanacaqlar. Digər tərəfdən görək, hansı klublar düşür. Fanatlar böyük klubları Bakıda görəcək. Rəhbərlik tərəfindən də futbola diqqət, maraq artacaq. Böyük klubları, futbolçuları canlı görəndə fərqli emosiyalar yaranır.

- Bir neçə ay əvvəl düşərgəsində olduğunuz, azarkeşlik etdiyiniz "Barselona" ilə qarışlaşmanı necə düşünürsünüz?

- Hər şey ola bilər. "Barselona" ilə oynamaq mənimçün böyük təhlükə ola bilər. Amma azarkeşlər üçün daha maraqlı alınar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Oxşar xəbərlər