top
Qurban Qurbanov: Çempionlar Liqası sayəsində bütün dünya bizimlə maraqlanmağa başladı Idman.biz
17 oktyabr 2025, 10:31
- +

Qurban Qurbanov: "Çempionlar Liqası sayəsində bütün dünya bizimlə maraqlanmağa başladı"

"Qarabağ" olaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksəldiyimiz üçün qürur hissi keçirirəm".

İdman.Biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Euronews" kanalına açıqlamasında deyib.

53 yaşlı mütəxəssis Azərbaycanı idman ölkəsi adlandırıb:

"İstər güləş, istər cüdoda çoxlu çempion idmançılarımız var. Olimpiya və dünya çempionlarımız kifayət qədərdir. Azərbaycan idman ölkəsidir. Futbol elə səviyyəyə çatıb ki, bununla ayaqlaşmaq heç də asan deyil. Çempionlar Liqasında zəif komanda yoxdur. Belə komandalara qalib gəlmək və ön sıralarda olmaq məni sevindirməyə bilməz. Çünki demək olar ki, bütün dünya bizimlə maraqlanmağa başladı".

Təcrübəli çalışdırıcı Çempionlar Liqasının əsas mərhələsində "Benfika" üzərində 3:2 hesablı qələbəni də dəyərləndirib:

"Futbolçularla hər zaman deyirəm ki, daha uğurlu nəticələr əldə etmək və böyümək üçün istənilən komandaya qarşı inamlı, cəsarətli oynamalıyıq. Emosiyalarımı sözlə ifadə edə bilmərəm. Çünki "Benfika" kimi komanda önündə iki top buraxdıqdan sonra üç qol vurmaq böyük nailiyyətdir. Çünki "Benfika" istənilən an üç və ya dördüncü qolu vura bilərdi. Belə qələbələrə görə futbolçular həddən artıq sevinirlər. Oyundan əvvəl bəlkə də tək-tük insan nəinki qələbəmiz, hətta bərabərliyimiz barədə düşünərdi. Avropanın bütün ölkələrində qalibiyyətimiz barədə danışıldı. Bu, komandamıza əlavə inam yaratdı. Bu cür turnirdə iştirak etmək haqqımızda daha çox maraqlanmalarına səbəb olur. Yenidən Çempionlar Liqasında çıxış etməyimiz Qarabağ adının tarixini ciddi surətdə bəyan etdi".

Qurban Qurbanov daha yaxşı nəticələr qazanmağa çalışacaqlarını vurğulayıb:

"Həmişə qarşımıza qoyduğumuz məqsəd maksimum çalışaraq, daha da irəli getmək olub. Get-gedə həm "Qarabağ"a, həm də Azərbaycan futboluna diqqət çoxalır. Belə olan halda da istər-istəməz klubu daha da inkişaf etdirəcəyimizə və uğurlu nəticələr əldə etməyə dair ümidim artır".

Qeyd edək ki, "Qarabağ" Çempionkar Liqasında iki turdan sonra altı xalla liderlər qrupunda qərarlaşıb. Azərbaycan çempionu növbəti oyununu oktyabrın 22-də səfərdə "Atletik"ə qarşı keçirəcək.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:44

Enzo Fernandes: Messi tarixdəki ən böyük futbolçudur

Futbol
Bu gün, 01:36

Lionel Messi Argentina milli komandası üçün dostluq matçlarına dəvət edildi

Futbol
Bu gün, 00:27

Barcelona, Rafinha ilə yeni müqavilə danışıqlarına start verdi

Futbol
Dünən, 23:54

U-20 milli komandamız oktyabrın 3‑ü Moldovayla, 6‑sı Yaponiyaya qarşı yoldaşlıq matçları keçirəcək

Futbol
Dünən, 23:50

Xames Rodriges milli komandada futbol karyerasını başa vurdu

Futbol
Dünən, 22:35

AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr şöbəsinə yeni mətbuat katibi və digər əməkdaşlar təyin olundu

Futbol
Dünən, 21:31

Mikloško, Çex və Çexoslovakiya millisinin keçmiş qapıçısı, 64 yaşında vəfat edib

Futbol
Dünən, 21:13

Harri Keyn 2026-cı ilin “Qızıl top” mükafatı üçün kampaniya aparmayacaq

Futbol
Dünən, 20:58

David Domgjoni-nun Kəpəzdəki debutu: Hər şey yaxşı alındı

Qarabağ FK
Dünən, 20:28

“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan milliyə dəvət olundu

Futbol
Dünən, 19:29

Elvin Camalov Neftçiyə veda etdi, karyerasını Qəbələdə davam etdirəcək

Qarabağ FK
Dünən, 18:50

Azərbaycan – Tacikistan dostluq matçının hakim heyəti kimlərdən ibarətdir?

Basketbol
Dünən, 16:23

Naxçıvan basketbol klubu Said İsmayılovu 1 illik müqavilə ilə transfer etdi

Futbol
Dünən, 15:40

Karvan‑Yevlax, “Zirə”nin hücumçusunu icarəyə götürdü

Futbol
Dünən, 12:55

“Kəpəz” komandası “Qəbələ” matçında pirotexnika istifadəsi üçün 5 000 manat cərimə aldı

Qarabağ FK
Dünən, 10:50

"Neftçi" Premyer Liqanın ilk 5 oyununda 17 qol ilə XXI əsrin rekordunu qırdı

Futbol
Dünən, 05:44

Premyer Liqa nəhəngləri Fulham‑un 19‑yaşlı ulduzu Coş King ilə maraqlanır

Gimnastika
Dünən, 02:14

Mədinə Mustafayeva və Vladimir Dolmatov dünya gimnastika çempionatında gümüş medal qazandılar

Futbol
Dünən, 00:36

"Traktor" Asiya Çempionlar Liqasının Elit mərhələsində 0:1 məğlubiyyətlə başladı

Basketbol
14 sentyabr 2026, 23:54

Erhan Toker: “Matçdan razı qaldıq, amma nəticədən narazıyıq”

Futbol
14 sentyabr 2026, 23:37

Zaur Haşımov: “Sabah”a 0:3 məğlubiyyətdə də layiqincə mübarizə apardıq

Futbol
14 sentyabr 2026, 23:06

Valdas Dambrauskas: Çempionlar Liqasından sonra komandamızın tam köklənməsi çətindir

Güləş
14 sentyabr 2026, 22:30

Optimist və ILCA4 siniflərində Yelkən İdmanı Açıq Azərbaycan Çempionatı sona çatdı

Futbol
14 sentyabr 2026, 22:05

Azərbaycan U19 qadın milli komandası Moldova ilə 2-2 bərabərlikdə nəticələndi

Oxşar xəbərlər