top
Qurban Qurbanov Çelsi ilə oyun strategiyası və heyət seçimi haqda danışdı Lent.az
04 noyabr 2025, 18:56
- ↺ +

Qurban Qurbanov "Çelsi" ilə oyun strategiyası və heyət seçimi haqda danışdı

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində "Çelsi" ilə qarşılaşacaq.

Lent.az Apasport.az-a istinadla  xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov maraqlı olacağını bildirib.

"Böyük tarixi olan kluba qarşı oynayacağıq. Bu cür komandaların, futbolçuların Bakıya gəlməsi azarkeşlər üçün də əlavə stimuldur. Dəfələrlə qeyd etmişdim, belə oyunlar ölkəmizdə futbol üçün əlavə stimuldur. Oyuna pis hazırlaşmamışıq. Yaxşı, mübariz futbol göstərmək istəyirik. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlər oyundan zövq alacaq", - o deyib.

Qurban Qurbanov "Çelsi"nin Bakıda məşq etməyəcəyi, eyni zamanda, rəqibin bəzi aparıcı oyunçuları olmaması məsələsinə münasibət bildirib: "Belə hallar çox olur. Maraqlansaq, onlar bu rejimdə çox oynayıblar. Belə komandalar üçün oyun günü meydana çıxmaq problem yaratmamalıdır. Özümüz də belə hallar yaşamışıq. İndi "Çelsi"nin məşq etməməsi bizim üçün əlavə üstünlük yaratmamalıdır. Yəni, bu məqamı nəzərə alıb, hansısa rahatlıq tapmalı deyilik.

Belə böyük komandaların bir-iki oyunçusunu müzakirə etmək olmaz. Böyük klublardır və böyük hədəfləri var. Bir oyunçu yoxdur, ikisi var. Onların heyəti çox genişdi. Sadəcə onlarda xırda detallar axtarmalı deyilik. Daha çox onların oyun sisteminə uyğunlaşmalıyıq".

"Qarabağ"ın baş məşqçisi qeyd edib ki, böyük klublara qarşı qalibiyyət çox önəmlidir: "Bu cür oyunlar böyük stimuldur. İngiltərə təmsilçilərinə qarşı qələbəmiz yoxdur, xal da qazanmamışıq. İngiltərə Premyer Liqası tamam başqa səviyyədir, dünyanın ən güclü liqasıdır. Bütün futbol ölkələrini üstələyirlər. Belə rəqiblərə qarşı məğlub olsaq da, uduşumuz var. Əvvəl də demişəm, biz möhkəm durmağı bacarmalı, inamlı mübarizə aparmalıyıq".

Qurban Qurbanov sabah hansı taktika ilə oynayacaqlarına da aydınlıq gətirib: "Çelsi" son dönəmlərdə rotasiyalara gedir. Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə çıxış edirlər. İki detal var ki, dəyişiklik edirlər. Sabah heyətə uyğun futbolçulara fikirlərimizi bildirəcəyik. Bu komandaların belə oyunlarda heyət dəyişməsi onlar üçün fərq etmir. Çalışacağıq ki, bildiyimizi daha yaxşı edək. Oyunun gedişatında bəzi detallardan istifadə etməyə çalışacağıq. Futbolçular bu oyundan zövq almalıdırlar".

Qurban Qurbanov demək olar start heyəti müəyyənləşdirdiyini, sabah səhər məşqindən sonra yekun qərarın veriləcəyini diqqətə çatdırıb.

O, daim hücumçu axtarışında olduqlarını, bir neçə mövqeyə oyunçu transferi düşündüklərini əlavə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Oxşar xəbərlər