top
Qurban Qurbanov: Bəzi dəyişikliklər olacaq, lakin bu, bütün komandanı dəyişəcəyimiz anlamına gəlmir. Idman.biz
27 aprel 2025, 23:21
- ↺ +

Qurban Qurbanov: "Bəzi dəyişikliklər olacaq, lakin bu, bütün komandanı dəyişəcəyimiz anlamına gəlmir."

"Qarabağ" növbəti Azərbaycan çempionluğunu təmin etdiyi Premyer Liqanın 32-ci turunda "Sabah"la heç-heçə edib - 1:1.

İdman.biz xəbər verir ki, çempion komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb.

O, əsl çempionluğa layiq oyun olduğunu vurğulayıb: "Bir illik əziyyətdən sonra belə bir uğur əldə etdik. Buna görə çox sevinirik. Baxmayaraq ki, çempionluğun sayı çoxdur, amma futbolçularım bu sabitliyi qoruya bilirlər. Buna görə oyunçularıma təşəkkür edirəm".

Rəqib haqqında da danışan Qurbanov "Sabah"ın həmişə onda xoş təəssürat yaratdığını bildirib: "Sürətli, texnikalı oyunçuları var. Bu komandayla qarşılaşanda həmişə yaxşı analiz etmək lazımdır. Yaxşı, düşünülmüş hücumlara çıxırlar. Hansı ki, ani diqqətsizlik qapımızda qolla nəticələnə bilər".

"Qarabağ"ın baş məşqçisi komandada mümkün köklü dəyişikliklərlə bağlı suala belə cavab verib: "Köklü dəyişikliklər bir az ağır gəlir. Biz duruma uyğun hərəkət etməliyik. Bütün heyəti dəyişmək çox çətindir. Hansı kollektivlə işləmişəmsə, inanın ki, onlardan heç birini göndərmək istəmirik. Çünki onların əziyyəti böyükdür. Amma ümumiyyətlə, gedişata baxıb addımlar atacağıq. Müəyyən dəyişikliklər gözlənilir, amma bu o demək deyil ki, komandanı bütövlükdə dəyişəcəyik".

Qurbanov həmçinin mümkün transferlər və növbəti Çempionlar Liqası barədə də danışıb: "Ümumiyyətlə, klub rəhbərliyi ilə hər dəfə müzakirələr aparırıq. Diqqətimiz daha çox yay transfer pəncərəsinə yönəlib. İllər boyu 4-5 oyunçu ilə danışıqlar aparmışıq, amma sonda görürsən ki, ikisini gətirə bilmişik. Futbolçular bu gün daha çox Avropaya meyl edir. Ümumiyyətlə, oyunçu gətirmək çətindir. İstəyirik ki, hər mövqeyə futbolçu transfer edək. Planlarımız var ki, bir neçə oyunçu gətirək. Bəzi futbolçular olub ki, onunla uzun müddət danışıqlarımız olub, razı salmaq üçün çox çalışmışıq. Futbolçu karyerası qısadır. Ona görə onlar burada ürəkdən çıxış edirlərsə, mən də müəyyən kompromislərə getməliyəm.

Çempionlar Liqası ilə bağlı isə hələ ki, fikir bildirə bilmərəm. Buna vaxtımız var. Amma ümumiyyətlə, istəyirik ki, hər bir turnirdə uğurlu nəticə qazanaq".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Oxşar xəbərlər