top
Qurban Qurbanov: Belə komandaların Bakıya gəlməsi əlavə stimuldur Sport24.az
04 noyabr 2025, 17:35
- ↺ +

Qurban Qurbanov: "Belə komandaların Bakıya gəlməsi əlavə stimuldur"

Çempionlar Liqasının IV turunda sabah keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) oyunundan əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil olundu. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

 

– Maraqlı oyun olacaq. Böyük tarixi olan kluba qarşı oynayacağıq. Bu cür komandaların, futbolçuların Bakıya gəlməsi azarkeşlər üçün də əlavə stimuldur. Dəfələrlə qeyd etmişdim, belə matçlar ölkəmizdə futbol üçün əlavə stimuldur. Oyuna pis hazırlaşmamışıq. Yaxşı, mübariz futbol göstərmək istəyirik. Futbolçularıma güvənirəm. İnanıram ki, azarkeşlər oyundan zövq alacaq.

 

– "Çelsi" Bakıda məşq etməyəcək. Onların birbaşa oyuna çıxması sizin üçün nə dərəcə üstünlük yarada bilər?


– Belə hallar çox olur. Maraqlansaq, onlar bu rejimdə çox oynayıblar. Belə komandalar üçün oyun günü meydana çıxmaq problem yaratmamalıdır. Özümüz də belə hallar yaşamışıq. İndi "Çelsi"nin məşq etməməsi bizim üçün əlavə üstünlük yaratmamalıdır. Yəni, bu məqamı nəzərə alıb, hansısa rahatlıq tapmalı deyilik.

 

– "Çelsi"nin bəzi aparıcı oyunçuları olmayacaq. Bu sizə psixoloji üstünlük verə bilər?


– Belə böyük komandaların bir-iki oyunçusunu müzakirə etmək olmaz. Böyük klublardır və böyük hədəfləri var. Bir oyunçu yoxdur, ikisi var. Onların heyəti çox genişdi. Sadəcə onlarda xırda detallar axtarmalı deyilik. Daha çox onların oyun sisteminə uyğunlaşmalıyıq.

 

– Qələbə karyeranızın ən böyük qələbəsi hesab edilə bilər?


– Böyük klublara qarşı qalibiyyət çox önəmlidir. Bu cür oyunlar böyük stimuldur. İngiltərə təmsilçilərinə qarşı qələbəmiz yoxdur, xal da qazanmamışıq. İngiltərə Premyer Liqası tamam başqa səviyyədir, dünyanın ən güclü liqasıdır. Bütün futbol ölkələrini üstələyirlər. Belə rəqiblərə qarşı məğlub olsaq da, uduşumuz var. Əvvəl də demişəm, biz möhkəm durmağı bacarmalı, inamlı mübarizə aparmalıyıq.

 

– 2017-ci ildən bu yana komanda olaraq özünüzü necə hiss edirsiniz? Komanda nə dərəcə inkişaf edib?


– Futbol çox inkişaf edib. O vaxt da klublar arasında fərq çoxdur. Bu gün daha artıq ola bilər. Çünki əvvəl bizim zəif cəhətlərimiz çox idi, amma indi təcrübəmiz artıb. Premyer Liqada futbol həddindən artıq inkişaf edir. Bütün komponentlərdə sürətlidirlər. Nə qədər təcrübəli olsaq da, "Çelsi" daha çox inkişaf edib. Bu, bizim üçün təhlükədir. Dünya çempionuna qarşı oynamaq bizimçün əlavə stimuldur. Klublar arasında fərq böyük olsa da, yaxşı mübarizə aparmağa çalışacağıq

.

– Sabah hansı taktika ilə oynayacaqsınız?


– "Çelsi" son dönəmlərdə rotasiyalara gedir. Çempionlar Liqasında fərqli, Premyer Liqada fərqli heyətlə çıxış edirlər. İki detal var ki, dəyişiklik edirlər. Sabah heyətə uyğun futbolçulara fikirlərimizi bildirəcəyik. Bu komandaların belə oyunlarda heyət dəyişməsi onlar üçün fərq etmir. Çalışacağıq ki, bildiyimizi daha yaxşı edək. Oyunun gedişatında bəzi detallardan istifadə etməyə çalışacağıq. Futbolçular bu oyundan zövq almalıdırlar.

 

– Start heyəti müəyyənləşdirmisinizmi?


– Müəyyənləşdirmişəm demək olar. Kiçik sual var. Sabah səhər məşqindən sonra qərar verəcəyik.

 

– Musa Qurbanlının durumu necədir?


– Musa üç gündür, fərdi məşqlər edir. Durumu belədir.

 

– "24-lüy"ə düşsəniz, hücumçu transferi gözlənilirmi?


– Bu barədə çox düşünmək istəmirik. Daim hücumçu axtarışındayıq, gətirmək istəyirik. Bir neçə mövqeyə oyunçu transferi düşünürük. Həmişə çalışmışıq ki, maksimumdan istifadə edək.

 

– Rəqib baş məşqçi Enzo Mareska oyunun çətin keçəcəyini deyib. Bildirib ki, "Qarabağ" sıx oynayır. Bunlarla bağlı nə deyə bilərsiniz? Eyni zamanda sizin uzunmüddət klubda işləməyinizə toxunub…


– Təşəkkür edirəm. Bu fikirlər onun peşəkarlığını göstərir. Deməli, klubla yaxından maraqlanıb. Yəni matça ikinci dərəcəli oyun kimi baxmır. Burda qazanılacaq hər xal liderliyinə təkandır. Bu, göstərdi ki, məşqçilər, futbolçular çox peşəkardır.

 

– Mareska "Sanderlend"ə məğlubiyyətdən sonra demişdi ki, rəqibin son anda taktika dəyişməsi problemə səbəb olub. Sabah siz tərəfdən onları hansısa sürpriz gözləyir?


– Fikir olaraq bildirə bilər. Bəlkə, onu nəsə əldə etmək üçün deyib. Sıx qrafikə görə problemləri ola bilər. Çünki futbolçu yorğun olanda potensialını üzə çıxara bilmir. "Beşli" müdafiə oynamağı sevmirəm. Əldə etdiyimiz uğurları sistemimizə görə bacarmışıq. Hansısa oyunda daha çox müdafiəyəmeyilli oyun qurmaq olar. Amma bu sistemlə uzunmüddətli oynamaq olmaz. Düzdür, "beşli" müdafiə ilə dominant oynayan klublar da var. "Çelsi"nin qarşısını almaq üçün fərqli sistemə əl atmağı düşünməmişəm. Düzülüşdə müəyyən dəyişiklik etmək olar. Bunu müdafiəçi yox, hücumçu ilə də əvəzetmək olar.

 

– Türkiyədə klubların bir futbolçu üçün ayırdığı pula siz bir komanda qurmusuz və uğur qazanırsınız. Sirr nədədir?


– Özümüzü onlarla yanaşı qoymaq istəmirəm. Klubların öz düşüncələri, yanaşmaları var. Düşünməmişəm ki, bu klubun büdcəsi çoxdur, məndə azdır, amma mən yaxşı nəticə verirəm. Həmişə çalışıram ki, düşdüyümüz vəziyyətə uyğun addım ataq. Uğur üçün şansımız varsa, etməyə çalışırıq. Bunu işgüzarlığın hesabına etməyi üstün tuturam.

 

– "Qara bazar" bilet satışı ilə bağlı "işini gördü". Azarkeşlər bu məsələdə əziyyət çəkir. Stadionda sizi dəstəkləmək istəyənlər kənarda qalır. Bu durum sizə necə təsir edir?


– Bu haqda məlumatım yoxdur. Görmədiyim, bilmədiyim şeyə münasibət bildirmək istəmirəm. Klub tərəfindən hər şeyə maksimum nəzarət var.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Oxşar xəbərlər