top
Qurban Qurbanov: Azərbaycan futbolunun gələcəyi narahatlıq doğurur Sport24.az
11 dekabr 2025, 00:38
- ↺ +

Qurban Qurbanov: Azərbaycan futbolunun gələcəyi narahatlıq doğurur

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının VI turunda "Ayaks"a uduzduqları görüşdən (2:4) sonra jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Rəqibi təbrik etmək istəyirəm. Oyunsonrası baş məşqçiləri öz oyunçuları tərəfə getdi, görüşə bilmədik. Oyuna gəlincə, futbolçulardan razı qaldım. Son dönəmlərdə belə dinamik, sürətli oyun nadir hallarda olur. Sadəcə bu cür komandalar səhvləri bağışlamır və əllərinə düşən imkanları maksimum dəyərləndirirlər. Bura Çempionlar Liqasıdır, istənilən nəticəni gözləmək lazımdır. "Ayaks"da əvvəlki oyunlarda alınmayanlar bu oyunda alındı. Bundan öncə məğlub olmalarına baxmayaraq, yaxşı oynamışdılar. Hər bir halda, futbolçulardan razı qaldım. Döyüşərək məğlub olduq. Bu gün bərabərlik haqda düşünmürdük. Futbolçular qələbə ruhunu vermişdi. Sona kimi hücumda daha çox olduq. Azarkeşlərimizə də təşəkkür edirəm. Bu gün futbol bayramı idi, sadəcə qələbə çatmadı.

 

– Qələbə istəyirdiz və öndə olduğunuz anlarda əks-hücumlardan qol buraxdınız…


– Hazırlığımız necədirsə, sona kimi saxlamaq istəyirik. Belə böyük oyunlarda gücümüzü sona qədər sınamalıyıq. Qol vurandan sonra geri çəkilmək düzgün olmazdı. "Ayaks" topla çox yaxşı davranmağı bacarır. Riskə getdik, rəqibə pressinq etdik. Bizim qol epizodlarımız daha çox olub. Nədən razı qaldım? Demək olar, bir günün içində oyuna hazırlaşdıq. Rəqibə uyğun hazırlıqlarımız oldu.

 

– "Bu cür komandalar səhvləri bağışlamır" dediniz. Hansı səhvləri nəzərdə tutursunuz?


– İlk iki qol uzaqdan vurulan zərbələr idi. Diqqətsizlik yaranmışdı. 3 və 4-cü qol da əks-hücumda yaxalandıq. Hücuma çıxanda toplar itirdik. Oyunun sonlarında Elvin Cəfərquliyev sol cinahda daha diqqətli olmalı idi. Bizim cinah müdafiəçilərimiz hücumda daha aktiv çıxış edir. Sona yaxın futbolçularda yorğunluq var idi. Bəlkə də, həmin epizodlarda sürətdə uduzduq.

 

– Oyunun qırılma anı Zubirin 2:1 öndə olduğunuz anda yaxşı imkanı qaçırması idi?


– Çoxlu şanslarımız oldu. Saymaq olar, amma artıq gecdir. Qırılma anı demək üçün gecdir. Epizodlardan rəqib daha yaxşı istifadə etdi.

 

– Oyuna sonradan daxil olanlardan razı qaldınız? Xüsusilə, Nəriman…


– Tam razı qaldım deməzdim. Daha yaxşı oynaya bilərdilər. Sürəti artırmaq istəyirdik. Dəqiq olsaydılar, məncə, fərqli olardı. İlk dəfə deyil, bu baş verir. Bu gün alınmadı.

 

– Nərimanın oyunu ilə bağlı narazılıq var. Azarkeşlər deyir ki, o oyuna daxil olandan sonra hücumda ləngimələr olur.


– Nərimanla bağlı nə qədər vaxtdır, müzakirələr gedir. Özüm bilmirəm Nəriman haqda nə deyim. Nəsə fikir bildirsəm, azarkeşə qarşı çıxmış olaram. Nəriman daha yaxşı oynaya bilərdi. Dəfələrlə futbolçularımın yanında olmuşam, bu gün də. Oyunun əvvəlindən çox güc sərf etdik. Azarkeşlərin narazılığı ilə bağlı hansısa fikir bildirmək istəmirəm. Sadəcə Nəriman daha yaxşı oynaya bilərdi.

 

– Hava şəraiti oyuna necə təsir etdi?


– Ağır idi. Amma indi nəsə fikir bildirsəm, düzgün çıxmaz. Oyun bitib. Hər iki komanda üçün şərtlər eyni idi. Avropadan gələn komandalar ilboyu bu rejimdə, tempdə oynayırlar. Bu gün çox istəkli olmağımız bəlkə də, bizi yordu. Oyuna kənardan baxanda həzz alırdım. 90 dəqiqə dayanma, ləngimə oldu. Meydanda sürət, mübarizə var idi. Bugünkü matç son dönəmlərin ən yaxşı üç oyunundan biri idi. Xeyli sayda qol epizodları, qollar oldu.

 

– "Ayntraxt"la oyundan öncə çempionatda bir aylıq fasilə olacaq. Amma Almaniyada liqa davam edəcək. Bu, komandaya mənfi təsir edə bilər?


– Olar. Çünki onlar daha hazır olacaqlar. Hər bir halda, başqa yolumuz yoxdur, maksimum çalışmalıyıq. Bəzi yoldaşlıq oyunları keçirməyi planlaşdırırıq. Qarşıda çempionat matçlarımız var. Köklənmək psixoloji baxımdan asan olmayacaq.

 

– Pley-off şanslarınızı necə dəyərləndirirsiniz?


– Futbolçular məğlubiyyətə görə məyusdur. Onlar da şansdan maksimum istifadə etməyə çalışdılar. Paltardəyişmə otağında da kefsiz olduqlarını gördük. Onları qaytarmaq üçün vaxtımız olacaq. Şansımız varsa, maksimum istifadə etməyə çalışacağıq.

 

– U-19 komandası Gənclər Liqasında 6 oyuna xal toplaya bilmədi və böyükhesabla uduzdu. Bu haqda fikirlərinizi bilmək istəyirdim. O kollektivdən hansısa oyunçunun əsas komandaya gəlmək ehtimalı var?


– Azərbaycan futbolunun yaralı yeridir. Bu gün 19 yaşlılarımızda fərq bu qədər hiss olunursa, 4-5 il sonra bu komanda hansı səviyyədə olacaq, maraqlıdır. Bu, bizim üçün böyük təhlükədir. Bəlkə, kənardan nəticələrimiz, vuruşmağımız bizi aldadır. Gələcəyə baxsaq, futbolumuzdakı fərqlər böyüyə-böyüyə gedir. Sonu necə olacaq, bilmirəm. "Qarabağ" olaraq mütləq şəraitimizi yaxşılaşdırmalı, daha diqqətli olmalıyıq. Həm də 19 yaşlılarımızın çox 17, 18 yaşlı oyunçular idi, ilk dəfədir belə turnirdə iştirak edirlər. Rəqiblər böyüyə-böyüyə gəlirlər. Bu gün biz Çempionlar Liqasında oynayırıqsa, onlar 17 yaşlarından başlayır belə turnirlərdə oynamağa. Onların şəraitindən isə danışmağa dəyməz. Avropada uşaq futbolu deyəndə ağıla gələn ilk komanda "Ayaks"dır. Onların şəraitindən danışılası deyil. Onların şəraiti Azərbaycan futbolunun şəraitindən üstündür. Özüm də bir neçə klubda, akademiyada olmuşam. Onlarla biz yan-yana qoyulası deyilik. Fərq çox böyükdür.

 

– Azərbaycanda futbolunda üzdə olan əsas iki simadan birisiniz. Gələcəyə ümid yoxdur?


– Ümidsiz olacağıqsa, futboldan uzaqlaşmalıyıq. Çalışıb, onlarla ayaqlaşmalıyıq. Bu gün klub olaraq onlara qarşı mübarizə apara bilirik. Elə səviyyədə olan komandalardır ki… Bu gün futbol elə səviyyədədir ki, istənilən komanda digərinə qalib gəlmək gücündədir. Finallarda belə böyükhesablı nəticələr olur. Çox geridə qalmışıq. Onlar gələcəyə böyük yatırımlar edirlər. Hər bir halda, pozitiv olmalıyıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Güləş
Bu gün, 15:11

Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə sağ dizindən əməliyyat olunacaq

Futbol
Bu gün, 14:42

“Qızıl top”un təqdimetmə mərasimində Azərbaycan telekanalları yayım etməyəcək

Futbol
Bu gün, 14:40

Juventus xan Kabralı qış transfer pəncərəsində satmağı planlaşdırır

Futbol
Bu gün, 14:38

Famil Xəlilov: Azərbaycanın U-15 millisi qrupu ikinci pillədə başa vurmaq üçün İsraili məğlub etdi

Futbol
Bu gün, 14:27

Mançester Yunayted səkkizci rəqib Bornmuta 3:0 hesabı ilə məğlub oldu və 21-ci əsrin ən uzun qələbəsiz anti-rekordunu təkrarladı

Futbol
Bu gün, 14:27

Emil Bayramov: Liderliyimizi qorumaq üçün çalışırıq

Futbol
Bu gün, 14:12

“Qızıl top” namizəd Xviça Kvaratsxeliyanın əməliyyatı üçün Qətərə yollanması

Futbol
Bu gün, 14:00

Ramiz Məmmədov: Hakim qərarları matçın qırılma nöqtəsi oldu

Digər
Bu gün, 13:56

Müşfiq Səmədli: Dağlara marağın artması sevindiricidir, lakin bu sahədə nəzarət olmalıdır

Digər
Bu gün, 13:53

Azərbaycan Velosiped İdmanı Federasiyasının iclasında Bakı-Xankəndi yarışının nəticələri və inkişaf strategiyası müzakirə edildi

Futbol
Bu gün, 13:40

Qazalkent 80 yaşlı Rus futbol mütəxəssisi Hacı Hacıyevi işə qəbul edəcək

Güləş
Bu gün, 13:12

Sənan Süleymanov doqquz ildə ilk dünya çempionluğunu qazandı

Digər
Bu gün, 13:04

Azərbaycan karateçiləri Belçikada keçirilən Avropa çempionatında bir qızıl, bir gümüş və bir bürünc medal qazandı

Güləş
Bu gün, 12:42

Eldəniz Əzizli Astanada beşinci dəfə dünya çempionu olub

Tennis
Bu gün, 12:38

Tunar Bağırov Riga Şəhər Şurasının Gənclər Kuboku 2026 turnirində 3-cü yeri tutdu

Voleybol
Bu gün, 12:12

Azərbaycanın U-20 voleybolçu qızları EEVZA çempionatında beşinci yeri tutdular

Futbol
Bu gün, 12:12

Böyük klublar futbolçulara niyə tərlik geyinməyi qadağan edir?

Qarabağ FK
Bu gün, 12:00

IX tur: Zirvədə sükut, “Neftçi” xal itirdi, “Kəpəz” və “İmişli” qazandı

Digər
Bu gün, 11:57

"Kür" heyətinin baş məşqçisi Fuad Yanqildin: "Çair" qarşısında qələbə qazanmaq istəyirik

Futbol
Bu gün, 11:50

“Turan Tovuz” Misli Premyer Liqasında 150-ci oyununu keçirdi

Formula 1
Bu gün, 11:42

Lyuis Hemilton, ABŞ Qran-prisindən sonra Ferrari'nin sürətini qiymətləndirib

Futbol
Bu gün, 11:40

Xviça Kvaratsxeliya Qətərdə Sağ Dizindəki Zədələnmə Üçün Operasiya Alacaq

Futbol
Bu gün, 11:12

Napoli futbolçusunun evində oğurluq hadisəsi

Futbol
Bu gün, 11:11

Sabah 9 oyunda yalnız 1 qol qəbul edərək Azərbaycan çempionatlarının tarixi rekordunu təkrarlayıb

Oxşar xəbərlər