top
Qurban Qurbanov Atletiklə Oyun Öncesi Mətbuat Konfransında Sport24.az
21 oktyabr 2025, 21:20
- ↺ +

Qurban Qurbanov "Atletik"lə Oyun Öncesi Mətbuat Konfransında

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasında "Atletik"ə qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib. Sport24.az xəbər verir ki, mütəxəssis jurnalistlərlə görüşdə bunları deyib:

 

– Vacib oyun olacaq. Çox yaxşı komandaya qarşı oynayacağıq. Yaxşı, özünəxas oyunu olan kollektivdir. "Atletik" müdafiədə və hücumda aqressiv oynamağı bacarır. Təcrübəmiz hər il artır. Rəqib çox istəkli olacaq, hətta istəklidir. Xal fərqini yaxşılaşdırmaq üçün qələbə qazanmaq istəyirlər. Çox hərəkət etməli olacağıq. Çalışacağıq ki, meydanda möhkəm olaq. Bu cür rəqibin tempinə davam gətirə bilməliyik. Azarkeşlərimizin mübarizəmizdən razı qalacaqlarını düşünürəm.

 

– Marko Yankoviç sabah meydanda olacaq?

– Yankoviç tam məşq edib. Düzdür, idman formasından bir az uzaq ola bilər. Amma çalışacağıq ki, təcrübəsindən istifadə edək. Amma hələ qərarımı verməmişəm.

 

– Nəriman və Kamilo Duran arasında seçim etmisinizmi? Meydana kim çıxacaq?

– Hər ikisi yaxşı formadadır. Sabaha qədər vaxtımız var.

 

– "Qarabağ"ın uğurları türk dünyası üçün qürurvericidir. Belə hissləri yaşamaq sizə necə hiss etdirir?

– Hər oyunumuza qardaş ölkə Türkiyədən böyük dəstək olur. Hər matçdan sonra böyük maraq göstərirlər. Onlara təşəkkür edirəm. Bu hissləri sözlə ifadə etmək olmaz. Çox xoşdur. Bizə dəyər verən insanların sayı çoxdur. Bu, istəyimizi, həvəsimizi daha da artırır. Çalışırıq ki, oyunlarımızda yaxşı keçsin.

 

– Hər dəfə qeyd edirsiniz ki, belə matçlarda komandalar böyüyür. Çempionlar Liqasında bundan öncə keçirdiyiniz iki oyundan hansı nəticələri çıxarmışınız?


– Dəyişiləcək nəsə yoxdur. Sadəcə futbol elə oyundur ki, burda hər il, hər oyun uğur qazana bilməzsən. Nə qədər güclü olsan belə, bəzən istədiyin nəticəni əldə edə bilmirsən. Böyük klublar var ki, bir il çempion olur, sonra bunun ardını gətirə bilmir. Kiçik futbol ölkəsiyik. Belə turnirlərdə böyük təcrübə qazanırıq. Böyük oyunlarda qələbələr də lazımdır. Sadəcə bu dəfə iki oyun, iki qələbə gələcəyə daha böyük ümid verir. Üzərimizdə daha çox çalışsaq, təkcə klub olaraq yox, ölkə futboluna inam gətirə bilərik. Çempionatımızın səviyyəsi yaxşılaşdıqca belə komandalara qarşı daha çox uğurlu oyunlar keçirərik. Çalışırıq ki, işlərimizi düzgün görək. Avropada futbol sürətli inkişaf edir. Azından onlara qarşı düzgün düşünmək, çəkinmədən mübarizə aparmaq missiyamızdır. "Qarabağ", futbol varsa, biz də daima iş başında oluruq. Bəlkə də, nadir olan qələbələri səbirsizliklə gözləyirik.

 

– "Atletik"in hansı güclü tərəfləri var?

– Dinamik futbol oynayırlar. Topu rəqib cərimə meydançasına sürətlə daşıyırlar. Rəqib zonasında oyun qurmağa çalışırlar. Bu, bizə çətinlik yarada bilər. Bəzən belə anlarda çətinlik yaşayırıq. Lakin necə ki onlar rəqibə oynamağa imkan verməməyə çalışırlar, biz də elə edəcəyik. Futbolçulardan tələb edirəm ki, rəqibin oynamasına imkan verməməliyik ki, biz də oyunumuzu oynaya bilək. Rəqibə böyük hörmətlə yanaşırıq. Fərdi bacarıqları olan keyfiyyətli futbolçuları var. Bu təcrübə bizi üstələyə bilər. Üstəlik, çox gözəl stadionları var. Dəfələrlə olub ki, belə matçlarda iştirak edib, uğur qazanmışıq. İndiki məqamda futbolçulara motivasiya verdiyimiz ürəkli, dözümlü olmalıdır. 90 dəqiqə rəqibin hücumlarına dözməliyik. İnanıram ki, maraqlı oyun olacaq.

 

– Belə fikir var ki, "Qarabağ"ın cinahlarının qarşısını ancaq böyük klublar ala bilər…

– "Atletik" də böyük klubdur. Rəqib də diqqətli olacaq. Belə sözləri eşitmək xoşdur. Biz də rəqibi analiz edəndə güclü tərəflərinə üstünlük veririk. Səliqəli oynamağa çalışmalıyıq. Belə böyük klubların bizə ciddi yanaşması sevindirici haldır. İstəyimizi, arzumuzu daha da artırırlar.

 

– İki oyuna 6 xal toplamısınız. Artıq hesablamalar gedir ki, 11-12 xal pley-offa yüksəlmək olar. Belə məqamlar futbolçulara necə təsir edir?

– Hər şeyə real baxmaq lazımdır. Qarşıda 6 oyun var və bu, 18 xal deməkdir. Turnirdə iştirak edən komandalara ümumi baxsaq, güclərini görərik. Onların hər biri qarşıda 12-13 xal toplamağa qadirdir. Bu gün əlimizdə daha çox xal qazanmaq imkanımız varsa, istifadə etməyə çalışacağıq. Uğur qazanmaq üçün oyunu daha yaxşılaşdırmaq, yığcam etmək lazımdır. Bütün dünya futbolunda hər kəs istəyir ki, öz komandaları yuxarıda olsun. Bu sırada olmaq bizim üçün də xoşdur. Qarşıda xeyli böyük mübarizələr gözləyir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Oxşar xəbərlər