"Zirə"nin Avropa Liqasındakı rəqibi "Şerif" növbəti yoxlama oyununu keçirib. Sport24.az xəbər verir ki, Moldova təmsilçisi "Floreşt"in qapısından 5 cavabsız top keçirib.
"Polislər"in heyətində Papa Yade, Raşid Akanbi, Piter Ademo, Sedrik Badalo və baxışda olan yeni futbolçu fərqlənib.
Qeyd edək ki, "Zirə" və "Şerif" arasında ilk oyun iyulun 11-də Tiraspolda keçiriləcək.
İdman.biz