"Zirə" növbəti avrokubok matçına çıxacaq. Sport24.az xəbər verir ki, qəsəbə təmsilçisi Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununu keçirəcək.
Rəşad Sadıqovun yetirmələri Xorvatiya təmsilçisi "Osiyek"lə üz-üzə gələcəklər.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 15-də Bakıda keçiriləcək.
Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun
8 avqust
22:00. "Osiyek" (Xorvatiya) - "Zirə"
Hakimlər: Aristotelis Diamantopulos, Konstantinos Psarris, Konstantinos Triantafillo, Konstantinos Perrakis (hamısı Yunanıstan)
"Opus Arena", Xorvatiya