Afrika Millətlər Kubokunda təsnifat mərhələsinin oyunları davam edir. Sport24.az xəbər verir ki, "Zirə"nin müdafiəçisi Ange Mutsinzinin formasını geydiyi Ruanda millisi öz meydanında Nigeriya ilə qarşılaşıb.
Görüş 0:0 hesabı ilə başa çatıb. Meydana start heyətində çıxan Mutsinzi matçı əvəzolunmadan keçirib.
Qeyd edək ki, 2 oyundan sonra 2 xalı olan Ruanda millisi qrupda üçüncü, Nigeriya isə 4 xalla birincidir.