"Zirə"nin futbolçusu Ange Mutsinzi Ruanda millisinə dəvət alıb.
İdman.biz xəbər verir o, DÇ-2026-nın seçmə mərhələsində forma geyinmək şansı qazanıb.
Ruanda yığması sentaybrın 4-də Liviya və ayın 10-da isə Nigeriya millisi ilə qarşılaşacaq. Ruandalılar 4 turdan sonra 7 xalla yer aldıqları qrupda liderlik edirlər.
Qeyd edək ki, Mutsinzi yayda "Zirə"yə transfer olunub.
İdman.biz