"Zirə"nin aparıcı futbolçusu Rafael Utziq cəzalı duruma düşüb. Sport24.az xəbər verir ki, buna 28 yaşlı hücumçunun Misli Premyer Liqasının XXIV turunda "Kəpəz"lə oyunda sarı vərəqə alması səbəb olub.
90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılan braziliyalı oyunçu cari mövsümdə dördüncü dəfə belə halla üzləşib.
Utziq XXV turda "Turan Tovuz"la matçda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Zirə" "Kəpəz"i iki cavabsız qolla üstələyib. Martın 4-də baş tutacaq "Turan Tovuz" - "Zirə" oyunu saat 18:00-da start götürəcək.