Bu gün keçiriləcək iki oyunla Premyer Liqada Vı tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Zirədə keçiriləcək.
Qəsəbənin eyniadlı komandası "Neftçi"ni qonaq edəcək. Roman Qriqorçukun çalışdırdığı "ağ-qaralar" geridə qalan 5 turda qələbə üzünə həsrət qaldığından, heç şübhəsiz ki, meydana 3 xal üçün çıxacaq. Əslində qonaqlar üçün səfərdə heç-heçə də pis göstərici sayıla bilməz. Ötən mövsümün vitse-çempionunun da əsas istəyi qələbə qazanıb azarkeşlərini sevindirmək olacaq.
Qeyd edək ki, Zirə İdman Kompleksində baş tutacaq qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
18:00. "Zirə" - "Neftçi"
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Nicat İsmayıllı.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksi.