"Zirə" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, "qartallar"ın futbolçusu Ruan Renato cəzalı duruma düşüb.
Braziliyalı müdafiəçi "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXII turunda sarı vərəqə ilə cəzalandırılıb. O, cari mövsümdə dördüncü dəfə belə halla üzləşib.
Beləliklə, Ruan Renato XXIII turda "Sumqayıt"la səfərdəki matçda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, fevralın 15-də baş tutacaq "Sumqayıt" - "Zirə" oyunu saat 19:00-da start götürəcək.