"Zirə" komandası Azərbaycan Premyer Liqasının III turundakı "Araz-Naxçıvan"la oyunu təxirə salınacaq. Sport24.az xəbər verir ki, Bakı təmsilçisi bununla bağlı Peşəkar Futbol Liqasına müraciət edib.
"Qartallar" UEFA Konfrans Liqasının pley-off mərhələsində Kiprin "Omoniya" kollektivi ilə matça yaxşı hazırlaşmaq məqsədi ilə bu addımı atıb.
Qeyd edək ki, "Zirə" - "Araz-Naxçıvan" qarşılaşması avqustun 18-də təşkil olunmalıdır. Azərbaycan komandası "Omoniya" ilə ilk oyununu avqustun 22-də səfərdə keçirəcək. Cavab matçı avqustun 29-da baş tutacaq.