"Yuventus"un hücumçusu Duşan Vlahoviç yay "transfer pəncərəsi"ndə satılacaq. Sport24.az xarici KİV-ə istinadən xəbər verir ki, serb futbolçu baş məşqçisi Tiaqo Mottanın planlarına uyğun gəlmir və klub qarşıdakı transfer dönəmində onu satmaq niyyətindədir.
Turin klubu 25 yaşlı forvardı 25 milyondan aşağı satmaq fikrincə deyil.
Qeyd edək ki, Vlahoviçin müqaviləsi 2026-cı ilin iyununadək nəzərdə tutulub və tərəflər sözləşmənin müddətinin uzadılması ilə bağlı razılığa gələ bilməyib.