top
Üçbaşlı əjdaha Qriqorçuku da yeyəcək? Sport24.az
20 avqust 2024, 15:00
- ↺ +

"Üçbaşlı əjdaha" Qriqorçuku da yeyəcək?

CEYHUN ƏLİYEV

 

Bir neçə il əvvəl Konfrans Liqasına düşmək uğrunda mübarizə aparan "Qəbələ"də ciddi eniş müşahidə olunurdu. Mövsümün sonuna isə təqribi 1 dövrə, yəni 7 tur qalırdı. Belə bir ağır vəziyyətdə klub prezidenti Fariz Nəcəfov baş məşqçi Elmar Baxşıyevlə başa çatmaqda olan müqavilə müddətini uzatmaq haqda qərar verdi. Gözlənilməz olsa da, nokaut effekti verən addım idi bu. Çünki bu qəraradək "qırmızı-qaralar"ın bir qrup futbolçusu meydanda ayaq sürüməklə məşğul idi. Verilən qərar isə onu göstərirdi ki, "Elmarın ayağının altını qazanların özləri düşəcək həmin quyuya". Yekun? Ardıcıl qələbələr qazanan "Qəbələ" avrokubokda iştirak hüququ qazandı...

Ötən mövsümün sonlarında Miodraq Bojoviç kapitan Emin Mahmudovu ehtiyat oyunçular skamyasına göndərdi. Mütəxəssis azarkeşlər tərəfindən oynatdığı futbola görə nə qədər tənqid olunsa da, vetdiyi həmin qərara görə heç bir mənfi rəy almadı. Kapitanın ehtiyata göndərilməsi heç də təsadüf deyildi. Mahmudovun meydanda ayağını sürüməsini hər kəs görürdü.

Cari mövsümdə isə "Neftçi"nin "sükanı arxası"na elə bir mütəxəssis gətirilib ki, önun kvalifikasiyasına heç kim şübhə etmir. Ancaq Roman Qriqorçuklu "Neftçi" də ilk 3 turda boz təsir bağışlayır. Mutu pis oldu? Ok. Bojoviç pis oldu? Ok. İndi Qriqorçuk da zay çıxası oldu? Axı, adamın CV-si göz qamaşdırır. Özü də bura Azərbaycan səhifəsi də daxildi.

Artıq bir qrup azarkeş də sosial şəbəkəkərdə analoji sualı verir. Artıq həmin fanatlar da "günah keçisi" obrazında baş məşqçini görmək/göstərilməsini istəmir. Çünki Qriqorçukun kalibri fərqlidi, onu nə Bordinlə, nə Rege ilə, nə də adlarını az öncə çəkdiyimiz 2 mütəxəssislə bir sıraya qoymaq olar.

Məsələnin kökündə yerli futbolçuların ukraynalı mütəxəssisin verdiyi yüklənmələr, sərt rejiminə qarşı yumşaq desək, üsyanı dayanıb-dayanmamasına dair müfəssəl fikir bildirə bilmərik. Ancaq klub rəhbərliyinə yazının əvvəlini təkrar-təkrar oxumağı şiddətlə tövsiyə edirik. "Qəbələ"nin prezidenti Elmar Baxşıyevə güvənini müqavilə müddətini uzatmaqla bildirdi. Aydın məsələdir ki, Qriqorçukla müqavilə yenicə imzalanıb və müddətini uzatmaq kimi qərarın verilməsi absurd görünər. Ancaq klub rəhbərliyi ya mətbuat konfransı təşkil etməklə, ya müsahibə verməklə oyunçularına barmaq silkələyə, baş məşqçisinə isə dəstək ola bilər...

O başqa məsələ ki, "Neftçi"nin rəhbərinin kim olduğu heç kimə məlum deyil. Klubda sanki bilərəkdən bir neçə adam söz sahibi təyin olunub ki, digərləri sola addım atarsa dərhal yuxarıya xəbər versin. Bu, Stalin dövründəki "donos yazmaq" üslubuna bənzəyir. Belədə, kim verəcək sinəsini qabağa? Cenk Sümermi? Yens Andersonmu? Kamil Məmmədovmu? "Neftçi" nağıllarda olduğu kimi üçbaşlı əjdahanı xatırladır. Ancaq bu başları maraqlandıran əyləşdikləri kreslodu, onları birləşdirən bədən ("Neftçi") yox. Rövşən Nəcəfin tətbiq etdiyi sistem ötən mövsümün yekununa görə "Neftçi"yə ilk 5-likdə mövqe "bəxş" etdi. Həmin sistem davam edir. İşlək mexanizmə çevrilsə, mövsümün sonunda hətta 4-cü yerə də iddia etmək olar.

Bəli, Qriqorçukun Vətənində indi müharibə gedir. Ancaq bu, o demək deyil ki, 59 yaşlı mütəxəssis imicini ayaq altına tullamağa hazırdı. Üstəlik, ölkəmizin futbol ictimaiyyəti Qriqorçuka da bələddi, yerli futbolçulara da, klubu idarə edənlərə də...

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:42

Vilyam Qallas: "Arsenal" bu mövsümdə müdafiədə çox güclüdür və çempionluq uğrunda ciddi namizəddir

Digər
Bu gün, 20:27

6 yaşlı Azərbaycanlı Selin Tağızadə Avstriyada beynəlxalq idman dırmanma yarışında

Futbol
Bu gün, 20:27

Borussia München 17 yaşlı Vael Mohaya ilə müqaviləni yeniləməyi planlaşdırır

Futbol
Bu gün, 20:13

İnfantino, Trampa əlaqələri səbəbindən ABŞ Konqresində çağırıla bilər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Oxşar xəbərlər