top
Turanın sabiq kapitanı: Əlcəkləri taxanda, özümü 18 yaşımda hiss etdim - MÜSAHİBƏ İdman.biz
12 noyabr 2024, 17:23
- +

"Turan"ın sabiq kapitanı: "Əlcəkləri taxanda, özümü 18 yaşımda hiss etdim" - MÜSAHİBƏ

"Turan" klubunun sabiq kapitanı, qapıçı Nizami Sadıqov "Report"a müsahibə verib. O, ötən gün komandasının çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar "Kəpəz"lə Tovuz şəhər stadionunda keçirdikləri yoldaşlıq görüşü barədə danışıb. "Cəfər" ləqəbli qolkiper 30 il əvvəl qarşılaşdıqları "Fənərbağça" ilə qarşılaşmanı yada salıb.

- "Turan"ın çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar "Kəpəz"lə yoldaşlıq oyunu keçirdiniz. Təəssuratlarınızı bilmək maraqlı olardı...

- 30 ildən sonra ilk dəfə idi ki, meydana toplaşıb, komanda şəklində futbol oynadıq. Bizim üçün unudulmaz gün oldu, köhnə dostlarla bir yerə toplaşdıq. Meydanda elə bir ab-hava var idi ki, onu sözlə izah edə bilmirəm. Yaxşı ki, belə bir qarşılaşma təşkil olundu və biz yenidən böyük futbola qısa müddətlik də olsa, qayıda bildik. Gəncədən gələn veteranlar da Azərbaycanın ən titullu futbolçuları idi. Onlarla üz-üzə gəlmək maraqlı oldu.

- Bu cür görüşlər tez-tez keçirilsə, həmişə qapıda dayanmağa hazırsınız?

- Bu cür oyunların tez-tez keçirilməsi Azərbaycan futboluna töhfədir. Gənc nəsillər bizim kimi veteranlara baxacaq və bəlkə də onlarda həvəs oyanmağa başlayacaq. Allah ömür versə, əlbəttə, həmişə qapıda dayanmağa hazıram.

- Sabiq komanda yoldaşlarınızla birgə meydana çıxarkən hansı hissləri keçirdiniz?

- Hansı hissləri keçirdiyimi sözlə deyə bilmərəm, o anı yaşamaq lazımdır. Formanı geyinib, əlcəkləri taxanda, özümü 18 yaşımda hiss etdim. O qədər sevincli idim ki... Tək mən belə düşünmürdüm. Hansı veteran futbolçunun üzünə baxdımsa, eyni həyəcanı hiss edə bildim. Hər biri yenidən topa toxunmaq üçün alışıb-yanırdı. Hər biri gənc yeniyetmə kimi sanki özünü sübut etməyə çalışırdı.

- "Kəpəz"lə matç zamanı meydanda ötən günləri necə xatırladınız?

- Əvvəlki çempionat matçlarını yada saldıq. Futbolun çətin, lakin şirin vaxtlarını xatırladıq. O qədər maraqlı anlar yaşandı ki, hər veteran oyunçu maraqlı bir əhvalatı xatırladırdı. Onların hər birini danışmağa vaxt çatmaz (gülür).

- Oyundan öncə Qurban Qurbanovun əlində 30 il əvvəl "Fənərbağça" ilə oyunda geyinilən "Turan" forması var idi. Bütün futbolçuların keçmiş formaları özlərinə təqdim olunmuşdu?

- Xeyr. Qurban müəllimin əlində olan 11 nömrəli forma Musa Qurbanlıya aid idi. O vaxtdan qalan tək forma idi, onu da şəkil çəkdirmək üçün əlində tutmuşdu. Onu da deyim ki, Qurban Qurbanovun baş məşqçisi olduğu "Qarabağ" veteranların görüşündən bir gün əvvəl Misli Premyer Liqasında "Zirə" ilə qarşılaşdı. Səhəri gün dərhal "Turan" və "Kəpəz" veteranlarının oyunu üçün Tovuza gəldi. Məsafə də uzaqdır, təxminən 500 km-ə yaxın yol qət edib. Qurban Qurbanovun içindəki futbol sevgisi,onu Tovuza gətirdi. Matç başa çatdıqdan sonra ziyafət təşkil olundu. Qurban müəllim də iştirak etdi və dərhal Bakıya qayıtdı. Çünki Bakıda vacib işləri var. Deməyim odur ki, bu qədər işə rəğmən, futbol bayramında iştirak etdi və getdi.

- Veteran futbolçulardan hansının formada olduğu nəzərə çarpırdı?

- Veteran futbolçular qocaldıqları üçün sürət və temp aşağı düşür. Amma texnika və ağıl heç vaxt itmir. Ara-sıra Musa Qurbanlı və Qurban Qurbanov anidən sürət yığırdılar, irəli qaçırdılar. Rövşən Əhmədov da bəzən sürətli oynamağa başlayırdı.

- 30 il əvvəl qazandığınız ölkə çempionluğu ilə bağlı nə deyə bilərsiniz?

- Həmin anlar bir göz qırpımında keçdi. Müsahibənin əvvəlində də bildirmişdim ki, elə anlar var ki, onu sözlə ifadə etmək olmur. Çətin vaxtlardan keçmişik. Dünən veteranların oyununda çempion komanda kimi mübarizə aparırdıq. Təəssüf ki, 30 il əvvəlki çempionluqda payı olan bəzi futbolçular artıq vəfat ediblər. Sakit Alıyev və Eldar Bədəlov kimi veteranlarımızın yeri görünürdü. Çempionluğumuzda pay sahibi olan futbolçulardan idilər. Mirbağır İsayevlə Bəxtiyar Musayev isə üzrlü səbəbdən dünənki matçda iştirak edə bilmirdilər.

- Həmin heyət bu gün Misli Premyer Liqasında mübarizə aparsaydı, mükafatçılar sırasına düşə bilərdi?

- Sizi inandırım ki, həmin vaxtın futbolçuları indiki dövrdə çempionluq uğrunda mübarizə aparardılar. Bizim heyət çox keyfiyyətli futbolçulardan təşkil olunmuşdu.

- 1994/1995 mövsümündə UEFA Kubokunda Türkiyənin "Fənərbağça" klubu ilə oyunları necə xatırlayırsınız?

- İlk dəfə idi ki, avrokubok həyəcanı yaşayırdıq. Böyük azarkeş kütləsi qarşısında çıxış edirdik. Beynəlxalq oyun təcrübəmiz olsaydı, bəlkə də nəticə başqa cür olardı. Həqiqətən stadionda möhtəşəm atmosfer var idi. "Fənərbağça"nın heyətində Türkiyə millisində çıxış edən bir neçə futbolçu yer almışdı. Yaxşı xatırlayıram, rəqibin heyətində Aykut Kocaman topu özündə saxlayarkən, cərimə meydançasından kənarda onu yıxdım. Bəxtim gətirdi ki, hakim sarı vərəqə verdi.

- Azərbaycan klubu həmin vaxt həmçinin ilk dəfə doğma meydanda beynəlxalq oyuna çıxdı. Sumqayıtdakı qarşılaşma yaddaşlarda necə qalıb?

- Tofiq Bəhramov adına Respublika stadionu həmin dövrdə UEFA-nın standartlarına cavab vermirdi. O vaxt qurumun nümayəndələri stadiona baxış keçirdilər və belə qənaətə gəldilər ki, qarşılaşma Sumqayıtda keçirilsin. Bizim üçün də ilk idi. Çünki həmin vaxtlar Azərbaycanda beynəlxalq oyunların keçirilməsinə icazə verilmirdi. Milli komandamız ev görüşlərini Türkiyənin Trabzon şəhərində oynayırdı.

- Azərbaycanı hər il avrokubokların qrup mərhələsində təmsil edən "Qarabağ" "Fənərbağça"nı məğlub edə biləcək gücdədir?

- Bizim dövrümüzdə "Turan"ın avrokubok təcrübəsi olmadığına görə böyük hesabla məğlub olduq. Bu gün, şükürlər olsun ki, "Qarabağ" hər il Azərbaycanı Avropada layiqincə təmsil edir. Bu komandanın "Fənərbağça"nı məğlub edə bilib-bilməyəcəyini deyə bilmərəm. Lakin əminliklə söyləyə bilərəm ki, "Qarabağ" Türkiyədə ilk "beşlik"də rahat başabaş mübarizə apara bilər.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 11:34

Nazim Umbayev Bakıda keçiriləcək cüdo dünya çempionatının hakimi seçildi

Futbol
Bu gün, 11:16

Qadınlar Super Liqası 2026/2027 püşkatması: ilk tur cütlükləri və oyun tarixləri açıqlanıb

Boks
Bu gün, 11:09

Avropa çempionatının 1/4 finalında Azərbaycan üç boksçusunun rəqibləri müəyyənləşdi

Basketbol
Bu gün, 10:44

“Sumqayıt” basketbol komandası iki ABŞlı oyunçunu rəsmi olaraq transfer etdi

Qarabağ FK
Bu gün, 10:26

“Neftçi” 1000-ci oyununu Qəbələyə 3:0 qalib gələrək 550-ci qələbəsi ilə qeyd etdi

Futbol
Bu gün, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Bu gün, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Bu gün, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
Dünən, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
Dünən, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Boks
Dünən, 21:56

Şamaxıda Azərbaycan və Əlcəzair boks komandaları 10 günlük təlim‑məşq toplanışına başladı

Futbol
Dünən, 21:37

Filipe Kandido: Premyer Liqanın inkişafı üçün futbola hörmət vacibdir

Şahmat
Dünən, 21:10

Azərbaycan şahmat komandası Romaniya ilə 2:2 barabərlik, Serbiya üzərində 3:1 qələbə qazandı

Futbol
Dünən, 20:25

Paskal Qross Almaniya millisindən ayrıldı

Futbol
Dünən, 19:21

“Araz‑Naxçıvan” baş məşqçisi Zaur İsmayılov məğlubiyyətin müdafiə səhvləri və penaltilərlə bağlı olduğunu açıqladı

Qarabağ FK
Dünən, 18:45

"Müdafiədəki kobud səhvlər və penaltılar barədə Zaur İsmayılovun açıqlamaları"

Boks
Dünən, 10:32

Boksçumuz Avropa çempionatının 1/8 finalında Ermənistan təmsilçisini məğlub edərək 1/4 finala yüksəldi

Futbol
Dünən, 10:09

Xabi Alonso “Çelsi”də beş oyunlu dövrdə ən az iki qol buraxma rekordunu yenilədi

Futbol
Dünən, 09:30

Argentina millisinin iki oyunçusu yaralanıb

Futbol
Dünən, 00:05

Sabah – İmişli matçının 3:1 qalibiyyəti (video icmalı)

Futbol
19 sentyabr 2026, 23:50

Salahın hət-triki ilə Trabzonspor, Galatasarayı 4-0 məğlub etdi

Futbol
19 sentyabr 2026, 22:03

Gəncədə Kəpəz ilə Sumqayıt matçına 7000 bilet satılıb

Futbol
19 sentyabr 2026, 21:57

Turan Tovuz Zira qarşısında 1-0 qalib gəldi - Video icmal

Basketbol
19 sentyabr 2026, 21:53

“Gəncə” basketbol komandası “Neftçi” qarşısında 87:103 hesabı ilə məğlub oldu

Oxşar xəbərlər