"Oyunun çətin keçəcəyini bilirdik. "Qarabağ"ın gücü hər kəsə bəllidir. Yaxşı hazırlaşmışdıq. Rəqibə qol şansı verməməyə çalışdıq. Bizim də epizodlarımız oldu, istifadə edə bilmədik. Bir xalı pis nəticə saymıram". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Misli Premyer Liqasının XI turunda "Qarabağ"la oyunu (0:0) şərh edərkən deyib.
"Qarşıda "Səbail"lə ağır səfər oyunumuz var. Rəqib komanda son pillələrdən qurtulmaq istəyir. Keyfiyyətli futbolçuları var. Çalışacayıq müsbət nəticə qazanıb azarkeşlərimizi sevindirək".