Misli Premyer Liqasında XVIII tur davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək.
"Turan Tovuz" öz meydanında "Neftçi"ni qəbul edəcək. Bu komandalar arasında ilk dövrədə keçirilən görüşdə qapılara qol vurulmayıb. Hazırda Tovuz klubu 31 xalla turnir cədvəlində 3-cü, "Neftçi" isə 16 xalla 7-ci pillədə qərarlaşıb. Bu matçın nəticəsindən asılı olmayaraq Kurban Berdiyevin komandası qış fasiləsinə üçüncü pillədə yollanacaq. "Turan Tovuz" son 6 çempionat oyununda cəmi 1 qələbə qazanıb.
"Neftçi" bu matça itkilərlə çıxacaq. Komandanın aparıcı üzvü Emin Mahmudov zədə səbəbindən oyunöncəsi məşqdə iştirak etməyib. Zədədən sonra bərpa dövründə olan Rafael Quzzo, Rəhman Hacıyev və Dembo Darbo isə fərdi məşqlə kifayətləniblər.
Qeyd edək ki, tura sabah keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq.
Misli Premyer Liqası
XVIII tur, II dövrə
16:00. "Turan Tovuz" – "Neftçi"
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz. Şəhər stadionu