top
Turan Tovuz bəyanat yaydı: Klubumuzun əsas məskəni və bazası Tovuz şəhəridir Sport24.az
12 oktyabr 2024, 18:31
- ↺ +

"Turan Tovuz" bəyanat yaydı: "Klubumuzun əsas məskəni və bazası Tovuz şəhəridir"

"Turan Tovuz" Kürdaxanı qəsəbəsində məşq bazası inşa etdirməsi ilə bağlı açıqlama yayıb. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi bəyanatda yeni məşq bazasının yalnız səfərlər üçün nəzərdə tutulduğunu, klubun Tovuzda məskunlaşmağa davam edəcəyini qeyd edib: 

 

"Klubumuzun əsas komandası ilə yanaşı əvəzedici, U-19, U-17, U-16 və U-15 komandaları dairəvi sistem üzrə yarışlarda iştirak edir. Bundan başqa Qərb regionu üzrə yarışlarda pley-off mərhələsinə vəsiqə qazanan aşağı yaş qrupları üzrə komandalarımız da final mərhələsində mübarizələrinə ümumrespublika yarışlarında davam edirlər. Səfər oyunlarımızın böyük əksəriyyəti Bakı şəhərində keçirilir. Komandalarımız Bakı səfəri zamanı oyunöncəsi məşqlər üçün təbii örtüklü meydança tapmaqda çətinliklərlə üzləşir. Bu, komandaların məşq və oyun planlarına mənfi təsir etməklə yanaşı ciddi maliyyə itkisinə də səbəb olur. Klubumuzun İdarə Heyətinin sədri Ehtiram Quliyevin şəxsi vəsaiti hesabına həyata keçirilən Kürdəxanı layihəsi – yeni məşq bazası yaxın gələcəkdə ciddi maliyyə xərclərindən azad olmaq və komandaların rahat şəkildə oyunöncəsi məşqləri həyata keçirməsi üçün nəzərdə tutulub.

 

Bildirmək istəyirik ki, klubumuzun əsas məskəni və bazası Tovuz şəhəridir, dəyişdirilməsi heç bir halda nəzərdə tutulmur. Hazırda Tovuzdakı tikinti layihələrimiz davam edir. Tovuz şəhər stadionunda yeni akademiya binasının inşası yekunlaşmaq üzrədir. Bundan başqa Tovuzda yeni bazanın tikintisinə hazırlıqlar davam edir. Plana uyğun olaraq Gəncə şəhər stadionunun inşası başa çatdıqdan sonra Tovuz şəhər stadionunun ot örtüyünün dəyişdirilməsi nəzərdə tutulub. Ot örütüyünün tam hazır olması müəyyən vaxt apardığından azarkeşlərimizdən uzaq düşməmək üçün müvəqqəti olaraq ev oyunlarını Tovuza yaxın olan Gəncə şəhər stadionunda keçirməyi nəzərdə tuturuq.

 

Qeyd etmək istəyirik ki, klubumuzun uzunmüddətli inkişaf strategiyasında infrastruktur layihələri xüsusi yer tutur. İdeal infrastruktura sahib olmaq üçün belə layihələr davamlı olaraq həyata keçiriləcək və ictimaiyyətə ətraflı məlumat veriləcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Bu gün, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Bu gün, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Bu gün, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Bu gün, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Bu gün, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Bu gün, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Bu gün, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Bu gün, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Bu gün, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Bu gün, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Bu gün, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Bu gün, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Bu gün, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Bu gün, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Bu gün, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Bu gün, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Bu gün, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Bu gün, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Bu gün, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Futbol
Bu gün, 19:28

İspaniya Milli Komandası Çexiyaya qarşı matçda Yamal iştirak etməyəcək

Cüdo
Bu gün, 19:24

Yaponiyadaki cüdo təlimlərinə başlanan Azərbaycan yeniyetmə komandası

Futbol
Bu gün, 19:17

Kəpəz Təlim‑Məşq Mərkəzində AFFA‑nın C kateqoriyalı məşqçilik kursları başladı

Cüdo
Bu gün, 19:04

Vyanada Azərbaycan döyüşçüləri Vendetta Fight Nights turnirində iki qalibiyyət qazandı

Oxşar xəbərlər