Misli Premyer Liqasının 27-ci turunun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı müəyyənləşib. Sport24.az xəbər verir ki, beş matçda ümumilikdə 7880 fanat olub.
"Araz-Naxçıvan" - "Şamaxı" (1:1) görüşündə 80, "Kəpəz" - "Qarabağ" (0:0) qarşılaşmasında 1500, "Sabah" - "Zirə" (1:1) oyununda 1000, "Səbail" - "Neftçi" (1:2) oyununda 600, "Turan Tovuz" - "Sumqayıt" (1:2) matçında 4700 tərəfdar qeydə alınıb.
Qeyd edək ki, 28-ci tura martın 28-də start veriləcək.