"Traktor" Çempionlar Liqasına qələbə ilə start verib
"Traktor" Asiya Çempionlar Liqasında ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, Təbriz klubu səfərdə Qətər təmsilçisi "Əl-Vakra" ilə qarşılaşıb. Matç təbrizlilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Əşterxalı, Torabi və Hüseynzadə vurub.