top
Tək Suma yox, bir neçə futbolçumuz üçün təklif almışıq Sport24.az
15 fevral 2025, 21:30
- ↺ +

"Tək Suma yox, bir neçə futbolçumuz üçün təklif almışıq"

Misli Premyer Liqasının XXIII turunun "Sumqayıt" - "Zirə" oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

 

- Oyuna çox ciddi hazırlaşmışdıq. Rəqibin müqavimət göstərəcəyini bilirdik. Oyuna hazırlaşmaq üçün çox vaxtımız olmadı. Sıx qrafik də oynayırıq və itkilərimiz var. Oyunun çətin keçəcəyini bilirdik. İlk hissədə gərgin mübarizə oldu. İki qol vurub, fərqləndik. İkinci hissə daha rahat keçdi. Vacib qələbə qazandıq. Qarşıda 8 gün vaxtımız var. Vacib oyunlarımız olacaq. Yaxşı istirahət edib, hazırlaşmalıyıq.

 

- "Sumqayıt"ı sizin xal mənbəyiniz hesab etmək olar?

- Qələbə qazansaq da, ciddi müqavimətlə üzləşmişik. Bəlkə də, son dönəmlərin ən stressli komandasına qarşı oynadıq. Yaxşı kollektivdir və heyətlərində yaxşı futbolçular var. Bilirdik ki, maksimal formamızdan bir az aşağı olsaq, çətin olacaq. Uşaqlar oyunun mahiyyətini başa düşürdü.

 

- Salifu Sumanın "elçiləri" artır. Onu saxlamağın çətin olacağını düşünmürsünüz?

- Futboldur, situasiyanı düzgün dəyərləndirmək lazımdır. Başımızı aşağı salıb, işimizi görürük. Klub və futbolçu üçün xeyirlisi nədirsə, o olsun. Tək Suma yox, bir neçə futbolçumuz üçün təklif almışıq. Bu gün bunu yox, oyunları düşünmək lazımdır.

 

- Ötən oyunu təhlil edib, kaş nəyisə fərqli edərdim demisiniz?

- "Neftçi" ilə matç bərabərə gedirdi. Qola qədər təhlükəli epizodlar bizdə idi. 88-ci dəqiqəyə qədər ədalətli nəticə bərabərlik idi. "Neftçi"nin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik. Belə epizoddan sonra məhz qol buraxdıq. Hər şey bundan sonra başladı. Bütün güclə hücuma atılıb, qol vurduq. Bəlkə də, bu, qələbəyə bərabər olacaqdı. Ancaq sanki oyunçular matçın bitdiyini düşündü. Bundan sonra rəqib yenə qol vurdu. Matçdan sonra uşaqlarla danışdıq və bu oyundan dərs çıxarmalı olduğumuzu bildirdik. Rəqibin qələbə qolunda zəncirvari səhvlər etdik. Məyusedicidir, amma oyundan sonra qənaətə gəldim ki, bu məğlubiyyətin bizimçün faydası olacaq. Bu gün də ilk dəqiqədən sona qədər intizamı qoruduq. Ötən oyundakı qol bizi daha böyütdü.

 

- Bu mövsüm daha məhsuldar oynayırsınız. Oyun planında nələrisə dəyişdiniz?

- Müəyyən dəyişikliklər oldu. Lakin indi detallara varmaq istəmirəm. Ötən il çoxsaylı epizodlar qaçırırdıq. Arada uğursuz seriyaya düşürdük. Qol vura bilmədiyimiz oyunlarda hücumlarımız çox olurdu. Çalışacağıq ki, bütün komponentlərdə inkişaf edək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Oxşar xəbərlər