Premyer Liqanın VIII turunun son qarşılaşması Suraxanıda baş tutacaq. Sport24.az xəbər verir ki, "Qarabağ" öz meydanında "Sabah"ı qəbul edəcək.
Son turlarda inamlı təsir bağışlayan "bayquşlar" uğurlu seriyanı Ağdam təmsilçisi ilə oyunda da davam etdirmək niyyətindədi. Bu matçdan qalib ayrılan kollektiv turnir cədvəlinin zirvəsinə yüksələcək.
Qeyd edək ki, turun əvvəl oyunlarında "Araz-Naxçıvan" "Səbail"i 3:2, "Zirə" "Kəpəz"i 3:0 hesabı ilə üstələyib. "Neftçi" - "Sumqayıt" matçında qalib müəyyənləşməyib - 1:1
Misli Premyer liqası
I dövrə, VIII tur
19:00. "Qarabağ" - "Sabah"
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. "Azersun Arena"
.