Samir Abasovun "Neftçi"yə gedişindən sonra "Sumqayıt"ın yeni məşqçisinin adına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın "sükanı" Vaqif Cavadova tapşırılacaq.
Redaksiyamıza daxil olan bilgiyə əsasən bir neçə saatdan sonra onun təyinatı ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Cavadovun "Sumqayıt"ın baş məşqçisi olacağını bir neçə gün öncə, daha dəqiq desək, oktyabrın 11-də xəbər vermişdik.
https://sport24.az/bizim-futbol/samir-abasovu-sumqayit-da-kim-evezleyecek-ekskluziv