"Sumqayıt"a keçməmişdən əvvəl Azərbaycan futbolu haqqında bir az araşdırma apardım. Bir neçə kluba göz gəzdirdim. Bu səbəbdən buraya gələndə artıq çox şey bilirdim". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Momo Yansane deyib.
Ötən ay "gənclik şəhəri" təmsilçisi ilə müqavilə imzalayan 27 yaşlı forvard komandada hədəflərindən söz açıb:
"İlk növbədə komandama yuxarı pillələrə qalxmaq üçün kömək etmək istəyirəm. Təbii ki, qollar vurmalıyam, çünki mən hücumçuyam. Həm də Sumqayıtda futbol ailəsinə qoşulmuşam. Komanda yoldaşlarımla birlikdə klubun daha çox xal qazanması üçün çalışacağıq".
Qvineyadan olan forvard mövsümün sonunadək müqavilə imzalamasına da toxunub:
"Amma özümü göstərəcəyimə və sözləşmənin artırılacağına inanıram. "Sumqayıt"la yaxşı bir hekayə quracağıma ümid edirəm. Baş məşqçimiz möhkəm bir komanda formalaşdırır. Zamanla yaxşı nəticələr əldə edəcəyik".