Minifutbol üzrə Azərbaycan çempionatında VI tura start verilib. Sport24.az xəbər verir ki, turun ilk günündə 3 qarşılaşma baş tutub.
Bu oyunların ikisində turnir cədvəlindəki qonşular üz-üzə gəliblər. "Sumqayıt" "Qalaksi"yə ilk məğlubiyyətini yaşadıbsa, "AzNur" "Star Bakı"nı üstələyib. Digər görüşdə "Zirə" "Göyçə"ni məğlub edib.
Qeyd edək ki, tura bu gün yekun vurulacaq.
Azərbaycan çempionatı
VI tur
6 noyabr
"Star Bakı" – "AzNur" – 0:2
"Qalaksi" – "Sumqayıt" – 2:3
"Göyçə" – "Zirə" – 2:7
1 | Birbaşa Bakı | 5 | 5 | 0 | 0 | 51-5 | 15 |
2 | Sumqayıt | 6 | 4 | 2 | 0 | 23-10 | 14 |
3 | Qalaksi | 6 | 4 | 1 | 1 | 26-7 | 13 |
4 | Zirə | 5 | 4 | 1 | 0 | 21-6 | 13 |
5 | AzNur | 5 | 4 | 1 | 0 | 18-9 | 13 |
6 | Star Bakı | 6 | 3 | 0 | 3 | 23-20 | 9 |
7 | Göyçə | 6 | 3 | 0 | 3 | 21-23 | 9 |
8 | Çinar Zəngilan | 5 | 1 | 3 | 1 | 15-14 | 6 |
9 | Altay Füzuli | 5 | 1 | 1 | 3 | 12-20 | 4 |
10 | Laçın | 5 | 1 | 1 | 3 | 12-23 | 4 |
11 | Siyəzən | 5 | 1 | 0 | 4 | 13-31 | 3 |
12 | Atəşgah Suraxanı | 5 | 1 | 0 | 4 | 16-41 | 3 |
13 | Bakı145 | 5 | 0 | 0 | 5 | 10-24 | 0 |
14 | Şamaxı | 5 | 0 | 0 | 5 | 14-43 | 0 |