"Sumqayıt" rəhbərliyinin qışda yola salmaq istədiyi daha bir legionerin adı məlumdu. Sport24.az-ın əldə etdiyi məlumata görə, "kimyaçılar" Nikola Vuynoviçin performansından narazıdı.
Ümidləri doğrultmayan monteneqrolu forvard cari mövsümdə 11 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb. 27 yaşlı futbolçunun "Sumqayıt"la anlaşması 2025-ci ilin iyununadək nəzərdə tutulub. Rəhbərlik qış fasiləsində onunla yolları ayırmağı planlaşdırır.
Qeyd edək ki, "kimyaçılar" ikinci dövrənin sonunda braziliyalı Fernando da Silva ilə də müqaviləyə xitam verəcək.