top
Spartakın yetirməsi olan qürbətçi-futbolçu: Bilərəkdən Şotlandiyaya yolumu kəsiblər Sport24.az
19 iyul 2024, 12:15
- ↺ +

"Spartak"ın yetirməsi olan qürbətçi-futbolçu: "Bilərəkdən Şotlandiyaya yolumu kəsiblər"

Dünən keçirilən "Zirə" – "Şerif" matçını izləyənlər arasında Turqay Möhbalıyev də var idi. İlk baxışdan bu ad azərbaycanlı futbolsevərlərə tanış gəlməyə bilər. Ancaq soydaşımız olan Turqay futbolçudu, özü də Moskva "Spartak"ının yetirməsidi. 24 yaşlı müdafiəçi karyerası ərzində Rusiyanın müxtəlif yaş qrupu yığmalarının formasını geyinməklə yanaşı, "Ufa" və "Rotor" kimi klubların şərəfini qoruyub. Mərdakandakı oyundan sonra onunla söhbətləşmək fürsəti oldu. Qürbətçi-futbolçu Sport24.az-a müsahibəsində futbola gəlişindən, Rusiyadakı karyerasından, Azərbaycandan aldığı təklifdən danışmaqla yanaşı, bizi maraqlandıran başqa sualları da cavablandırdı.

 

- Əvvəlcə özünlə bağlı məlumat verərdin...

- Volqaqradda dünyaya göz açsam da, əslən azərbaycanlıyam. Futbola da ilk dəfə 5 yaşından Volqaqraddakı futbol məktəbinə getmişəm. Evimizin yaxınlığında "traktor"un futbol məktəbi var idi. İlk addımlarımı orda atmışam. 10 yaşımda məni bölgənin ən tanınmış futbol məktəblərindən biri olan "Olimpiya" dəvət etdilər. 3 il sonra isə artıq Moskva "Spartak"ının seleksiyaçılarının diqqətini cəlb etdim və adını çəkdiyim akademiyaya yollandım.  

 

- Hansı mövqedə oynayırsan?

- Müdafiənin həm sağ, həm də sol cinahında oynayıram. Ancaq əsas mövqeyim sağ cinah müdafiəçisidi.

 

- Bildiyim qədər  Rusiyanın müxtəlif yaş qrupu üzrə yığmalarına da dəvət alımısan...
- Bəli, U-15-dən başlayaraq, U-20-dək bütün yaş qruplarının formasını geyinmişəm, bir neçə oyunda komandanı kapitan kimi meydana çıxartmışam.

 

- Azərbaycanın müxtəlif yaş qrupu üzrə millilərinin formasını geyinmək təklif olunub?
- Dəvət olub. Ancaq indi bunun hansı ildə olduğunu dəqiq deyə bilməyəcəm.  

 

- Klublarımızdan da səninlə maraqlananlar var?  
- 2021-ci ildə "Sumqayıt"dan dəvət gəlmişdi. Klubun prezidenti Riad Rəfiyev mənimlə əlaqə saxlamışdı. Amma həmin vaxt bura gəlişim alınmadı.

 

- Niyə?  
- "Sumqayıt"dan təklif aldığım ərəfədə Rusiya Premyer Liqasında mübarizə aparan "Ufa" da mənə dəvət göndərdi. Açığı, Rusiya Premyer Liqasında oynamağa üstünlük verdim. Təəssüf ki, müxtəlif səbəblərdən "Ufa"da olduğum iki ildə işlərim heç də yaxşı alınmadı. Sonra doğma şəhərimin komandası məni düşərgəsində görmək istədi. Və "Rotor"la anlaşdım. Düzünü desəm, gərək 2021-ci ilə "Sumqayıt"ın təklifini dəyərləndirərdim. Söhbət heç də futbol oynamaqdan getmir. Mən həmişə özümə güvənmişəm, heç kimdən də zəif olmamışam. Sadəcə, karyeramı Azərbaycanda davam etdirsəydim indi bəlkə də Azərbaycan millisinin əsas simalarından biri olardım. "Spartak"da olanda İtaliyaya turnirə yollanmışdıq. Orda məni Şotlandiyanın "Qlazqo" klubunun skautları bəyənmişdi. Ancaq "Spartak" rəhbərliyi transferə icazə vermədilər və bildirdilər ki, mənə "Spartak"ın əsas heyətinin oyunçusu kimi baxırlar. Sonradan məlum oldu ki, klubun rəhbərliyində təmsil olunan və bizi istəməyən xalqın nümayəndələri bilərəkdən Şotlandiyaya yolumu kəsiblər. Bunlar hamısı artıq keçmişdə qalıb, gələcək barədə düşünmək lazımdı.

 

- Hazırda "Rotor"la müqavilən var?
- Sözləşməm var. Amma Azərbaycan klublarından təklif gəlsə, Volqaqrad təmsilçisi qarşımı kəsməyəcək.


- Bildiyim qədər bir neçə gün öncə "Kəpəz"də baxışda olmusan və hətta "Şamaxı" ilə yoldaşlıq oyununda meydana çıxmısan. "Kəpəz"lə anlaşmağa nə mane oldu?
- Bəli, belə hal olub. Komandanın 4 məşqinə qatıldım. Yoxlama matçında da 45 dəqiqə oynadım.
Amma razılığa gələ bilmədik.

 

- Səbəbi nə idi?
- Bu barədə çox danışmaq istəmirəm. İstənilən halda Gəncə klubuna və baş məşqçi Adil müəllimə təşəkkür edirəm. Mənim məşqə dəvət etdi, fərqli abu-havada oynadım, ən azı qısa müddət də olsa, Azərbaycan futbolunun havasını uddum.

 

- Agentin var?
- Yoxdu.

 

- Bəs trasnfer işlərində kim sənə kömək edir? Müasir futbolda agentsiz işləmək çətindi...

- Peşəkar müqavilə imzaladığım ilk vaxtlar agentlərim var idi. Sonra onlara ehtiyac duymadım. Bu işdə kömək edən yaxın bir insan var. O, dostumdu, azərbaycanlıdı. Ehtiyac olanda köməyini əsirgəmir.

 

RƏŞAD QASIMOV

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:45

Violetta Qəhrəmanzadə Rusiya Qadınlar Gənclər Liqasında tarixi ipək qol vurdular: 33 ildən sonra Andrey Tixonovun səkkiz qolluq rekordunu bir oyuna sığdırdı

Futbol
Bu gün, 15:40

Portuqaliya millisindən ayrıldığım üçün hələ də peşmanam

Digər
Bu gün, 15:38

Baku'da 2027 SportAccord Konvensiyası: 1700-dən çox nümayəndə bir araya gələcək

Futbol
Bu gün, 15:20

Beşiktaş PAOK-un kapitanı Andriya Jivkoviçi transfer etmək niyyətindədir

Futbol
Bu gün, 15:08

İnfantino: “Bakı U-15 Dünya Kubokunda gələcəyin futbol ulduzlarını gördüm”

Futbol
Bu gün, 15:00

Karlos Espi: Real Madrid-dən zəng gələndə "xeyr" demək imkanı yox idi

Voleybol
Bu gün, 14:53

Qadın Voleybolu: AZERRAIL vs Milli Aviasiya Akademiyası bu gün keçiriləcək

Futbol
Bu gün, 14:40

Zidan: Gələcəkdə “Yuventus”u çalışdırmaq istəyirəm

Futbol
Bu gün, 14:34

Millətlər Liqası: İtaliya - Fransa qarşılaşması, Keynin rekordu və C Liqasında yüksəlmə yarışları

Olimpiada
Bu gün, 14:20

Azərbaycan komandası Dakar Yüngül Olimpiada medal sıralamasında 12-ci yerə gerilədi

Futbol
Bu gün, 14:08

Emre Belözoğlu Fənərbağçada ulduz futbolçunun transferini planlaşdırır

Futbol
Bu gün, 14:01

Joan Qadu Real, PSG və Arsenal klublarının marağındadır

Futbol
Bu gün, 14:00

Mircavadov: Klublar yerli futbolçulara şans verməlidir

Futbol
Bu gün, 13:40

Harry Kane: "Arsenal" akademiyası məni göndərsə də, onların yanıldığını göstərdim

Olimpiada
Bu gün, 13:35

Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycanı boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı təmsil edəcək

Qarabağ FK
Bu gün, 13:32

Mustafa Sek ‘Neftçi’de 20 dəqiqə oynadıqdan sonra komandadan ayrılmayacaq – KLUBDAN İDMAN.BİZ-Ə AÇIQLAMA

Futbol
Bu gün, 13:27

Difai məşqçisinin qırmızı kartı 1000 manat cəriməyə səbəb oldu

Futbol
Bu gün, 13:20

Cim Retkliffinin xərcləri azaltma tədbirləri "Mançester Yunayted" veteranlarının narazılığına səbəb olub

Futbol
Bu gün, 13:19

Mançester Yunayted Brentforddan Kollinzi və Fulhamdan Bassini almağa və başqa

Futbol
Bu gün, 13:16

Levandovskinin Skorupskinin çağırılmaması barədə iddiaları rədd etməsi və Koxalskinin Polşa millisinə davət edilməsi

Futbol
Bu gün, 13:01

Özbəkistan nümayəndə heyəti DÇ-2027 öncəsi “Neftçi”nin akademiyasında olub

Qarabağ FK
Bu gün, 13:00

Ramin Musayev: "Dambrauskasin bu qədər güclü mütəxəssis olduğunu gözləmirdim"

Güləş
Bu gün, 12:48

Mikayıl Cabbarov dünya çempionatı və gənclər Olimpiya oyunları uğur qazanan güləşçilərlə görüşdü

Voleybol
Bu gün, 12:43

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: CEV Çelenc Kubokundakı qələbə bizi arxayınlaşdırmamalıdır;

Oxşar xəbərlər