Bu gün Premyer Liqanın VI turu çərçivəsində daha iki oyun keçiriləcək. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Şamaxıda keçiriləcək.
Bölgənin eyniadlı komandası "Sumqayıt"ı qəbul edəcək. Turnir cədvəlində qonşu olan komandaların görüşü maraqla gözlənilir. "Şirlər" qalib gələcəyi halda "kimyaçılar"dan önə çıxacaq. Samir Abasovun komandası isə 3 xal qazanacağı halda turnir cədvəlində mövqeyini bir qədər də yaxşılaşdıracaq.
Qeyd edək ki, Şamaxı şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 16:30-da səslənəcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
16:30. "Şamaxı" - "Sumqayıt"
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Şamaxı. Şəhər stadionu