Misli Premyer Liqasında XVIII turun oyunları davam edir. Sport24.az xəbər verir ki, hesabat turunun sonuncu oyun gününün ilk qarşılaşması Şamaxıda keçiriləcək.
Ayxan Abbasovun çalışdırdığı "şirlər" "Sabah"ı qonaq edəcək. Meydan sahibləri artıq 10 oyundu ki, 3 xal üzünə həsrətdi. İlin son matçında "Şamaxı" azarkeşlərini sevindirməyə çalışacaq.
Ancaq bu qədər də asan olmayacaq. Vasili Berezutskinin gəlişindən sonra "bayquşlar" heç bir oyunda məğlub olmayıb. Heç şübhəsiz ki, "Sabah" uğurlu seriyanın davamını gətirmək üçün bu gün də meydanda sonadək mübarizə aparacaq.
Qeyd edək ki, oyunun start fiti saat 14:00-da səslənəcək.
Misli Premyer Liqası
XVIII tur, II dövrə
14:00. "Şamaxı" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Anar Şıxəliyev
Şamaxı. Şəhər stadionu